Gənc Kredit Yoxlanışı İşçisi (Ağsu filialı üzrə)
vakansiya — 2025

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

FINCA Azerbaijan Gənc Kredit Yoxlanışı İşçisi (Ağsu filialı üzrə) vəzifəsi üzrə vakansiya elan edir.

Link: https://qlor.me/ldy80vg0

Təsvir

Rol haqqında

Gənc Kredit Yoxlanışı İşçisi, birbaşa rəhbərinin dəstəyi və  nəzarətilə müştəri biznes və yaşayış ünvanına səfər edərək, təsdiq üçün təqdim olunan kreditlər və digər əlaqəli sənədlərdə qeyd edilmiş məlumatların kreditvermədən öncə yoxlanışı üçün cavabdehdir.

Vəzifənin əsas öhdəlikləri hansılardır?

  • Kreditin verilməsinin məqsədəuyğunluğunu müəyyən etmək məqsədilə kredit üçün müraciət edən müştərinin biznes, təsərrüfat, maliyyə və kredit vəziyyətini yoxlamaq və Kredit təsdiq qrupunu aidiyyatı üzrə məlumatlandırmaq;
  • Ev və biznes ünvanlarını və digər məlumatları yoxlamaqla borcalanın və zaminin, həmçinin onların bizneslərinin/təsərrüfatlarının həqiqətən də mövcud olduğundan  əmin olmaq;
  • Kredit veriləcəyi halda müştərinin krediti təyinatı üzrə istifadə etmək imkan və ehtimallarının uyğunluğunu yoxlamaq;
  • Yoxlanışlar zamanı hər hansı ciddi uyğunsuzluq aşkar etdikdə, birbaşa rəhbərini dərhal məlumatlandırmaq;

Tələblər

Namizəddən gözləntilərimiz

  • Ali təhsil və ya Orta ixtisas (kollec) təhsili;
  • İş Təcrübəsi: Bank olmayan kredit təşkilatları və ya Bank sahəsində müəyyən iş təcrübəsi
  • MS Office proqramlarından (MS Word, MS Excel, MS Outlook) sərbəst şəkildə istifadə etmək bacarığı;
  • Yüksək ünsiyyət qurma və məlumat əldə etmək bacarıqları;
  • Komanda ilə işləmək və detallara diqqət etmək bacarığı;
  • Müşahidəçilik və fikirlərini ümumiləşdirmə, analiz və qərarvermə bacarıqları;

Dil Bilikləri:

Səlis Azərbaycan dili bilikləri, müşahidələrini və fikirlərini şifahi və yazılı olaraq dəqiq və aydın ifadə etmək bacarıqları;

Xüsusi Texniki tələblər

  • Şəxsi avtomobilin və sürücülük vəsiqəsinin olması;

Oxşar vakansiya siyahısı:

Komplayns Şöbəsi üzrə Kiçik Mütəxəssis (müvəqqəti)

PASHA Bank Komplayns Şöbəsi üzrə Kiçik Mütəxəssis (müvəqqəti) Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...

PASHA Bank

07.05.2025 - Bakı

Mühasib

Mətanət A şirkəti Mühasib vəzifəsi üzrə vakansiyasını elan edir ...

Mətanət A

07.05.2025 - Bakı