Kredit və bazar riskləri şöbəsinə ekspert və ya şöbə rəisi müavini
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Rabitəbank ASC Risklərin idarə edilməsi departamentinin, Kredit və bazar riskləri şöbəsinə ekspert və ya şöbə rəisi müavini vakansiyası üzrə işə qəbul elan edir.

“Rabitəbank” ASC Risklərin idarə edilməsi departamentinin, Kredit və bazar riskləri şöbəsinə ekspert və ya şöbə rəisi müavini vakansiyası üzrə işə qəbul elan edir.

Ölkənin ən iri banklarından biri olan Rabitəbank ASC Sizə uğurlu karyera qurmaq, şəxsi inkişafınıza peşəkar komandada nail olmaq imkanı yaradır. Rabitəbank öyrənməyə meyilli olan, pozitiv, işinə yaradıcı yanaşan şəxslərin axtarışındadır.

Əsas vəzifələr:

  • Kredit portfeli üzrə müxtəlif hesabatlar və onların təhlilini hazırlamaq (vintaj analizi, miqrasiya matris, roll rate, PD və s.) və hesabatlardan irəli gələn tövsiyyələr vermək;
  • Mərkəzi Bankın tələblərinə və IFRS standartlarına uyğun olaraq aktivlərə ehtiyyatların yaradılması və nəzarətini etmək;
  • Stress-test modellərinin hazırlanması, tətbiq edilməsi və nəticələri ilə bağlı təkliflərin vermək;
  • Şöbədaxili normativ-hüquqi sənədlərin (qayda, prosedur və s.) hazırlanması və yenilənməsi prosesində iştirak etmək.

Namizədə olan tələblər:

  • Ali təhsil (Riyaziyyat / Statistika / Maliyyə və ya İqtisadiyyat sahəsi üzrə);
  • Kredit risklərinin idarə edilməsi sahəsində minimum 3 il iş təcrübəsi;
  • Xarici dil bilikləri üstünlük sayılır (İngilis dili və Rus dili);
  • MS Office proqramları xüsusilə Exceldə yüksək səviyyədə işləmək bacarığı (SQL bilikləri arzuolunandır);
  • Riyazi, statistik və ekonometrik biliklər;
  • Təqdimatların formalaşmasında, iri həcmli məlumatın yığımında, təhlilində işlənmə bacarığı;
  • Analitik təfəkkür və yüksək təhliletmə qabiliyyəti;
  • Komandada işləmək bacarığı;
  • Diqqətlilik, məsuliyyət və düzgünlük kimi müsbət göstəricilərə malik olmaq.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini career@rabitabank.com elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Kredit və bazar riskləri şöbəsinin eksperti və ya şöbə rəisi müavini” göstərməyiniz xahiş olunur.

Əlaqə vasitələri:
E-mail: career@rabitabank.com
Telefon: (012) 598 44 88,
Ünvan: Bakı şəhəri, AZ 1010, 28 May küçəsi 3

Oxşar vakansiya siyahısı:

600 — 700 ₼
Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi

Embafinans Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Embafinans

15.04.2024 - Bakı

500₼
Mühasib Kassir

CMT Group MMC Muhasib -kassir vəzifəsi üzrə vakansiya elan edir. ...

CMT Group MMC

06.04.2024 - Gəncə

Mühasib

TEZ Logistics MMC şirkəti Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...

TEZ Logistics

27.03.2024 - Bakı

Kreditlərin anderraytinqi şöbəsinin mütəxəssisi / aparıcı mütəxəssisi / baş mütəxəssisi

Expressbank ASC Kreditlərin anderraytinqi şöbəsinin mütəxəssisi / aparıcı mütəxəssisi / baş mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Expressbank ASC

19.03.2024 - Bakı