Qısa məzmun
ATB Bank Risk Menecmenti Departamentinin Kredit və bazar riskləri şöbəsinin rəisi vəzifəsi üzrə vakansiya elan edir.
Təsvir
- Kredit portfeli üzrə müxtəlif hesabatlar və onların təhlilini hazırlamaq (vintaj analizi, miqrasiya matris, roll rate, PD və s.) və hesabatlardan irəli gələn tövsiyələr vermək
- IFRS9 standartlarına uyğun olaraq bankın bütün aktiv seqmentləri üzrə ehtiyyatların yaradılması, nəzarəti və modelin daimi yenilənməsini təmin etmək
- MB-nın qüvvədə olan qaydalarına uyğun olaraq kreditlərin düzgün və vaxtında təsnifləşdirilməsinin təmin edilməsi
- Şöbədaxili normativ-hüquqi sənədlərin (qayda, prosedur və s.) hazırlanması və yenilənməsi prosesində iştirak etmək
- Yaradılan yeni kredit məhsulları üzrə potensial risklərin müəyyən edilməsi və təkliflərin verilməsi
- Stress-test modellərinin hazırlanması, tətbiq edilməsi, modellərin daimi təkmilləşdirilməsi
- Bazar riskinin təhlili, idarə edilməsi və bazar göstəriciləri üzrə hesabat və proqnozların hazırlanması
- Bazar risklərinin idarə edilməsi məqsədilə erkən xəbərdarlıq sisteminin qurulması
- Bankın kapital, valyuta və faiz dərəcəsi risklərinin idarə edilməsi üçün tətbiq edilmiş strategiyanın tələblərinin icra edilməsi
- Aidiyyatı üzrə gündəlik, aylıq və rüblük hesabatların hazırlanması və təqdim edilməsi.
Tələblər
- Ali təhsil (Risk menecmenti, maliyyə, mühasibatlıq, riyaziyyat və s. əlaqəli ixtisaslar)
- Bazar və kredit riskləri sahəsində minimum 5 il iş təcrübəsi
- Səlis Azərbaycan dili, ingilis və rus dili arzuolunandır
- Riyazi, statistik və ekonometrik biliklər
- IFRS bilikləri
- CFA, FRM, ACCA (F3, F7, F9) arzuolunandır
- MS Office proqramları (yüksək səviyyədə Excel bilikləri), SQL bilikləri arzuolunandır
- Yüksək dərəcədə analitik düşüncə, təşkilatçılıq və qərarvermə qabiliyyəti
- Azərbaycan Respublikasının “Banklar haqqında” qanunu, həmçinin Mərkəzi Bankın normativ xarakterli aktlarına bələd olma
- Liderlik və komandada işləmək bacarığı
- Dəqiqlik, məsuliyyət və düzgünlük
Müraciət üçün linkə daxil olun: https://qlor.me/l9sd2ppy
Oxşar vakansiya siyahısı:
Bokt “Falcon Finance” MMC Kredit mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. Fərdi və komanda tərkibində işləmə qabiliyyəti olmalıdır. ...
Unibank Borcların təhlili üzrə kiçik mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
CMT Group MMC Muhasib vəzifəsi üzrə vakansiya elan edir. ...
“Az Protein Foods Group” MMC Mühasib köməkçisi vəzifəsi üzrə vakansiya elan edir. ...
AZDIZAYN GROUP Maliyyə meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...
Embafinans Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...