Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Optimal Electronics LLC Kredit mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. Kredit müraciətlərinin qəbulu və analizi olunmalıdır.
“Optimal Elektronika” MMC 1997-ci ildə yaradılmışdır. Azərbaycanda BOSCH, Vestel, Samsung, Simfer, Carrier, Singer, Sony, LG, Aldora Mebel, Konfor Mebel və dünyaca tanınmış digər brendlərin rəsmi distribüteri və satış təmsilçisidir. Keyfiyyətli və geniş çeşidli məhsulların satışını həyata keçirən Optimal Şirkəti müştəriləri üçün audio-video və rəqəmsal texnika, iri və xırda məişət avadanlıqları, mobil telefon, keyfiyyətli və zövqlü mebellər təqdim edir. Təklif etdiyi məhsulların yüksək keyfiyyətinə və müştəriyönümlü satış strategiyasına və satış sonrası göstərdiyi servis xidmətinə görə “Optimal Elektronika” MMC Azərbaycan bazarında aparıcı mövqelərdən birini tutmuşdur. Azərbaycanda ilk dəfə olaraq “Mobil servis” layihəsini həyata keçirməklə bir ilkə imza ataraq müştəri məmnuniyyətinə önəm verdiyini bir daha sübut etmişdir.
Vakansiya: Kredit üzrə mütəxəssis
İş yeri: Göyçay
Tələblər:
- İş stajı : müvafiq sahədə ən azı 1-2 il;
- Dil biliyi : Azərbaycan dilində səlis danışmaq/yazmaq; rus və ya ingilis dillərindən birində fikrini sərbəst ifadə etmək bacarığı;
- Kompüter biliyi: Microsoft Office (xüsusən Word və Excel) proqramlarında sərbəst işləmək bacarığı;
- Yüksək analitika qabiliyyəti;
- Yüksək ünsiyyət və təqdim etmə bacarıqları.
Əsas vəzifələr:
- Müraciət etmiş müştərilərə kredit şərtləri barəsində məlumat vermək;
- Kredit müraciətlərinin qəbulu və analizi;
- Kredit üzrə müvafiq sənədləşməni həyata keçirmək;
- Kredit portfelinə nəzarət etmək və gündəlik ödəmələri təqib etmək;
İş şəraiti:
- AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
- Həftədə 6 iş günü, 1 gün istirahət;
- Karyera yüksəlişi imkanı;
- Baza əmək haqqı ilə yanaşı, bonus sistemindən faydalanmaq.
Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlər mövzu yerində “Kredit üzrə mütəxəssis – Göyçay” qeyd edərək CV ilə recruitment@optimal.az ünvanına müraciət edə bilərlər.
Oxşar vakansiya siyahısı:
INEO Group şirkəti Aparıcı Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
Dashyunu.az MMC şirkəti 1C Operator vəzifəsi üzrə vakansiya elan edir. Analitik düşüncə qabliyyəti və riyazi bilik səviyyəsi olmalıdır. ...
Meqa Həyat Sığorta şirkəti Mühasib - aktuar vəzifəsi üzrə vakansiya elan edir. ...
Dashyunu.az MMC şirkəti Maliyyə Direktoru vəzifəsi üzrə vakansiya elan edir. ...
Brand Credit BOKT Baş Kredit Mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir ...
Əmək haqqı 700 + Bonus. Brand Credit BOKT Aparıcı Kredit mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir ...
Brand Credit BOKT Kredit Mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Aznet Technologies QSC Aparıcı mühasib vəzifəsi üzrə vakansiya elan edir.a ...