Qısa məzmun
GL ASC (Sizin Lombard), bazarın liderlərindən biri olaraq, Yevlax filialında çalışmaq üçün Kredit Mütəxəssisi vəzifəsinə işçi qəbulu elan edir.
GL ASC (Sizin Lombard), bazarın liderlərindən biri olaraq, Yevlax filialında çalışmaq üçün Kredit Mütəxəssisi vəzifəsinə işçi qəbulu elan edir.
Əsas Vəzifələr:
- Aktiv satış fəaliyyətlərinin təşkili və potensial müştərilərin cəlb edilməsi;
- Kredit portfelinin keyfiyyətinə nəzarət və müştərilərlə mütəmadi əlaqələrin qurulması;
- Müştəri müraciətlərini qəbul etmək, təhlil etmək, kredit komitəsinə təqdim etmək və rəsmiləşdirmək;
- Yeni kredit məhsulları və satış metodları ilə bağlı təşəbbüskarlıq göstərmək;
- Müştərilərə operativ xidmət göstərmək, uzunmüddətli əməkdaşlıq üçün şərait yaratmaq və daxil olan şikayətləri operativ şəkildə həll etmək;
- Kredit analiz müraciətlərinin vaxtında icrası və kreditləşmə üçün lazımi sənədlərin tərtibatını təmin etmək.
Tələblər:
- Müvafiq sahədə minimum 1 il iş təcrübəsi;
- Ali və ya natamam ali təhsil;
- Fərdi və komanda şəklində işləmə bacarığı;
- Kişi namizədlərə üstünlük verilir (arzuolunandır);
- Bank, bank olmayan kredit təşkilatları və ya lombardlarda kredit mütəxəssisi kimi təcrübəyə malik olan namizədlərə üstünlük verilir;
- Yüksək ünsiyyətqurma bacarığı və müştərilərlə işləmək qabiliyyəti;
- Microsoft Office proqramlarında (Word, Excel) işləmə bacarığı.
İş Qrafiki və Təkliflər:
- İş günləri: Bazar ertəsi – Cümə, saat 09:00 – 18:00;
- Əmək haqqı: 500-600 AZN;
- Əlavə olaraq 1000-1,200 AZN bonus qazanmaq imkanı (əməkhaqqının iki misli qədər).
Müraciət Qaydası:
Göstərilən tələblərə uyğun namizədlərdən CV-lərini “Kredit üzrə mütəxəssis (Yevlax filialı)” başlığı ilə vakansiya@glasc.az elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Qeyd:
- Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaq.
- Göndərilən bütün CV-lər məxfi məlumat bazasına daxil edilir.
Əlaqə Məlumatları:
- Telefon: (+994 50) 291 10 00
- Vebsayt: www.sizinlombard.az
Oxşar vakansiya siyahısı:
Komplayns Şöbəsi üzrə Kiçik Mütəxəssis (müvəqqəti)
PASHA Bank Komplayns Şöbəsi üzrə Kiçik Mütəxəssis (müvəqqəti) Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Mühasib
Mətanət A şirkəti Mühasib vəzifəsi üzrə vakansiyasını elan edir ...