Qısa məzmun
Xalq Bank “Şabran” filialının Müştəri xidməti şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir.
Təsvir
- Müştərilərin müraciətlərini cavablandırmaq, bankın məhsul və xidmətləri haqqında ətraflı, dolğun məlumat və məsləhətlər vermək;
- Müştərilərin eyniləşdirilməsini təmin etmək, onlara müvafiq hesablar açmaq (hesabları bağlamaq), hesab sahibinin tapşırıqlarına əsasən müvafiq əməliyyatların aparılmasını təmin etmək;
- Əməliyyatın aparılması üçün müştərilərin təqdim etdiyi sənədləri (müqavilələri, hesab-fakturaları və digər sənədləri) yoxlamaq;
- Müştərilərin istəyinə uyğun olaraq onlara hesab qalıqları barədə arayış və çıxarış tərtib edərək təqdim etmək;
- Cari sənədlərin yığılması, saxlanılması və arxivləşdirilməsini həyata keçirmək.
Tələblər
- Maliyyə, İqtisadiyyat, Menecment və hüquq sahəsində ali magistr təhsili;
- Hərbi xidməti bitirən və ya hərbi xidmətdən möhlət hüququ olan (oğlanlar üçün);
- Bank və ya bank olmayan kredit təşkilatında təcrübə arzuolunandır;
- Unsiyyətcil, təşəbbüskar və mülayim olmaq; Analitik zəkaya malik olmaq və müştərilərlə işləmək qabiliyyəti;
- Riyazi hesablama aparmaq qabiliyyəti;
- Mükəmməl kommunikasiya və insanları inandırma qabiliyyəti;
- Stressə davamlılıq və kollektivdə işləmək bacarığı;
- Yüksək qavrama və öyrənmə qabiliyyəti;
- İşə yaradıcı yanaşmaq, yeni ideyalara malik olmaq və yeni ideyaları stimullaşdıra bilmək bacarığı;
- İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti;
- Kompüter bilikləri.
Oxşar vakansiya siyahısı:
Baş Mühasib
Botelli Baş mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
Biznes inkişafı üzrə menecer
DO IT MMC şirkəti Satış üzrə menecer vəzifəsi üzrə vakansiya elan edir. ...
Xəzinədar
Missiya Təhsil Şirkətinin Yasamal filialına xəzinədar tələb edilir. ...
1000 — 1500 ₼
Təlimçi mühasib"İNNOA" MMC şirkəti Muhasib təlimçi vəzifəsi üzrə vakansiya elan edir. ...
Mühasib
189 Taxi Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...