Qısa məzmun
Ə/h 400AZN. Wentto Electronics Kredit şöbəsinin əməliyyatçısı vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifə öhdəlikləri:
- Müştərilər tərəfindən təqdim edilən məlumatların yoxlanılması;
- Əməliyyat sisteminə məlumatların daxil edilməsi;
- Ödənişlərin qəbulu və icrası;
- Kampaniyalar və xidmətlər barədə müraciət edən müştərilərə dəqiq məlumat vermək;
- Hesabatların hazırlanması və sənədlərin arxivləşdirilməsində iştirak etmək;
Namizədə tələblər:
- İş təcrübəsi mütləq deyil, məsuliyyətli və öyrənmə bacarığı olmalıdır
- Ali təhsil – Maliyyə sahələri üzrə təhsil arzuolunandır;
- Azərbaycan dilini səlis bilməli , xarici dil bilikləri üstünlükdür;
- 21-30 yaş aralığında şəxslər müraciət edə bilər;
- Kompüterdə sürətli işləmək bacarığı;
İş haqqında digər məlumatlar:
- Faktiki iş ünvanı – Bakı şəhəri Yasamal rayonu Z.Xəlilov küç.65
- İşləmə rejimi – Növbəli
- Əmək haqqı – 400 AZN;
Müraciət qaydaları:
Müraciət etmək üçün CV-nizi elektron poçt ünvanına mövzu hissəsində – “Kredit şöbəsinin əməliyyatçısı” yazıb göndərə bilərsiniz. Yalnız qeyd olunan tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaq.
Oxşar vakansiya siyahısı:
Komplayns Şöbəsi üzrə Kiçik Mütəxəssis (müvəqqəti)
PASHA Bank Komplayns Şöbəsi üzrə Kiçik Mütəxəssis (müvəqqəti) Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Mühasib
Mətanət A şirkəti Mühasib vəzifəsi üzrə vakansiyasını elan edir ...