Yandex-watch
Mərkəzləşdirilmiş Kredit Satışı üzrə İşçi peşəsi üzrə vakansiya — FINCA Azerbaijan LLC — iş elanları 2021

Mərkəzləşdirilmiş Kredit Satışı üzrə İşçi peşəsi üzrə vakansiya 2020 / 2021

Ə/h razılaşma yolu ilə. FINCA Azerbaijan LLC Kredit Satışı üzrə İşçi vəzifəsi üzrə vakansiya elan edir. Güclü satış bacarığı olmalıdır.

Finca Vakansiya 2021

“FINCA Impact Finance” Afrika, Avrasiya, Latın Amerikası və Orta Şərqin Azərbaycan da daxil olmaqla 20 ölkəsində fəaliyyət göstərən törəmə şirkətləri vasitəsilə bir milyondan çox müştəriyə maliyyə xidməti göstərən aparıcı qlobal mikromaliyyə şəbəkələrindən biridir.

Hal-hazrıda “FINCA Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatı BAŞ OFİS üçün Mərkəzləşdirilmiş Kredit Satışı üzrə İşçi vəzifəsinə işçi axtarışı elan edir.

“FINCA-Azerbaijan” maliyyə xidmətləri sahəsində rəqabətədavamlı kompensasiya paketi, geniş iş imkanları və peşəkar iş mühiti təklif edir.

MƏQSƏD- Mərkəzləşdirilmiş Kredit Satışı üzrə İşçi Mərkəzləşdirilmiş Kredit Supervayzerinin rəhbərliyi altında müştərilərə ehtiyaclarını müəyyən etməkdə dəstək olacaq, müştərilərin ehtiyaclarını ödəyəcək kredit məhsullarını və miqdarını seçməkdə məsləhət verəcək məsul şəxsdir.

Başlıca fəaliyyətlər:

  • Müştərinin cari kredit və sahib olduğu biznes növü ilə hesabatdan və ya ehtiyac olduğu təqdirdə sistem üzərindən tanış olmaq
  • Müştəriyə məhsulu satmaq üçün FİNCA məhsulunun üstünlüklərini və sadələşdirilmiş kreditvermə prosesini təsvir etmək
  • Müştəri imtina edərsə imtina səbəbini müəyyən etmək və əgər səbəb FİNCA ilə bağlıdırsa, problemin mümkün həll yollarını təklif etmək
  • Potensial müştərilərlə telefon vasitəsilə əlaqə saxlayaraq yüksək keyfiyyətli satış imkanları yaratmaq
  • Ehtiyac olduğu təqdirdə potensial müştərilərlə vaxtı-vaxtında əlaqə saxlayaraq prosesi nəzarətdə saxlamaq
  • Xarici mənbələrədən ( kredit qeydiyyatı, büro və digər) müştərinin xarici kredit tarixçəsini yoxlamaq və proqrama daxil etmək
  • Sistem tərəfindən kredit avtomatik təsdiqləndikdə, tələb olunan sənədləri müvafiq filiala göndərmək, müştəri ilə əlaqə saxlayıb ona təsdiq məlumatını, eyni zamanda onunla filialdan nə zaman əlaqə saxlayacağını və kreditin alınması üçün hansı sənədlərin lazım olacağını bildirmək
  • Etdiyi zənglər əsasında gündəlik/ həftəlik hesabat hazırlamaq
  • Mərkəzləşdirilmiş Kredit Satış nümayəndələrinə digər məsələlərlə bağlı kömək etmək

Tələblər:

  • Maliyyə, İqtisadiyyat, Marketinq və digər uyğun sahələr üzrə bakalavr təhsili;
  • Ümumi kreditvermə proses və prosedurları haqqında məlumatlı olmaq;
  • Kredit məhsullarına dair kreditvermə siyasəti və prosedurları üzrə işləmə bacarıqları;
  • Fikrini aydın ifadə edəcək dərəcədə yaxşı ünsiyyət bacarıqlarına sahib olmaq və aktiv dinləyici olmaq;
  • Güclü satış bacarığı;
  • Satış xidmətləri sahəsində təcrübə;
  • Yüksək təşkilati və vaxtı idarəetmə bacarığı;
  • Kredit vermə və digər oxşar sahə üzrə təcrübə üstünlükdür;
  • Azərbaycan dilində səlist danışmaq və yazmaq bacarığı;
  • Microsoft Office proqramları daxil olmaqla kömpüter bilik və bacarığı.

Əgər yuxarıda qeyd edilən vəzifədə işləmək istəyirsinizsə, öz tərcümeyi-halınızı (CV) 30 sentyabr 2021-ci il tarixdən gec olmamaq şərtilə [email protected] electron ünvanına Subject/Mövzu hissəsində Mərkəzləşdirilmiş Kredit Satışı üzrə İşçi qeyd etməklə göndərə bilərsiniz.

QEYD: Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Ümumi işlər üzrə könüllü

Unibank Ümumi işlər üzrə könüllü vəzifəsi üzrə vakansiya elan edir.

Unibank - Bakı - 16.09.2021

Əməliyyat inzibatçılığı şöbəsinin mütəxəssisi

Ə/h razılaşma yolu ilə. Bank Avrasiya ASC Əməliyyat inzibatçılığı şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. .

Bank Avrasiya ASC - Bakı - 16.09.2021

Kreditor (Quba)

Ə/h razılaşma yolu ilə. Kontakt Home Kreditor vəzifəsi üzrə vakansiya elan edir. İş təcrübəsi arzu olunandır.

Kontakt Home - Lənkəran, Quba - 16.09.2021

Satınalmalar üzrə mütəxəssis

Halal-P Satınalmalar üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.

Halal-P - Bakı - 16.09.2021

Alternativ satış kanalları üzrə mütəxəssis

Azərbaycan Beynəlxalq Bankı Alternativ satış kanalları üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.

Azərbaycan Beynəlxalq Bankı - Bakı - 16.09.2021

800₼

Mühasib

Ə/h 800 AZN. Oil Supply MMC Mühasib vəzifəsi üzrə vakansiya elan edir. E-portal proqramı ilə işləmək bacarığının olmalıdır.

Oil Supply MMC - Bakı - 16.09.2021

Mühasib – Kiçik mütəxəssis (təçrübəçi)

Autolux Azerbaijan LLC Mühasib - Kiçik mütəxəssis (təçrübəçi) vəzifəsi üzrə vakansiya elan edir.

Autolux Azerbaijan LLC - Bakı - 16.09.2021

Mühasib

Ə/h razılaşma yolu ilə. Universal Təchizat ASC Mühasib vəzifəsi üzrə vakansiya elan edir. Təhlil aparmaq bacarığı olmalıdır.

Universal Təchizat ASC - Bakı - 16.09.2021

Kiçik və Orta Biznes kreditləri şöbəsi

Azər Türk Bank Kiçik və Orta Biznes kreditləri şöbəsi vəzifəsi üzrə vakansiya elan edir.

Azər Türk Bank - Bakı - 16.09.2021

Filial müdiri

Güvənli MMC Filial müdiri vəzifəsi üzrə vakansiya elan edir.

Güvənli MMC - Bakı - 16.09.2021

Kassir

Bank Respublika ASC Kassir vəzifəsi üzrə vakansiya elan edir. Yüksək ünsiyyət bacarığı olmalıdır.

Bank Respublika ASC - Bakı - 16.09.2021

Kredit üzrə mütəxəssis

Ə/h razılaşma yolu ilə. Texnomart Mağazalar Şəbəkəsi Kredit mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. Yüksək diqqət, təqdim etmə bacarığı olmalıdır.

Texnomart Mağazalar Şəbəkəsi - İmişli, İsmayıllı - 16.09.2021

Oxşar vakansiya siyahısı:

Bizimlə əlaqə

Hər hansı bir məsələ ilə bağlı əməkdaşlarımıza müraciət edə bilərsiniz. Sorğunuz bir iş günü ərzində cavablandırılacaq.

Müraciət et