Qısa məzmun
Kapital Bank şirkəti Kredit Risklərinin İdarə Edilməsi şöbəsinə aparıcı / baş mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir.
Öhdəliklər:
- Anderraytinq və Kollekşn modellərinin hazırlanması, tətbiqi və təkmilləşdirilməsini həyata keçirmək;
- Yaradılan yeni kredit məhsulları üzrə potensial risklərinin müəyyən edilməsi və təkliflərin verilməsi;
- Stress-test modellərinin hazırlanmasında, tətbiq edilməsində və nəticələri ilə bağlı təkliflərin verilməsi;
- Mərkəzi Bankın tələblərinə və IFRS standartlarına uyğun olaraq aktivlərə ehtiyyatların yaradılması və nəzarət;
- Kredit əməkdaşlarının mükafatlandırma sisteminin daimi qiymətləndirilməsi və təkmilləşdirilməsi ilə bağlı təkliflər vermək;
- Risk limitlərinin hesablanmasına dair təkliflər verilməsi və risk limitlərinə riayət olunmasına nəzarətin həyata keçirilməsi;
- Fəaliyyəti ilə bağlı nəticələrin hesabatlılığının rəhbərliyə təqdim edilməsi;
- Statistik modellərin hazırlanması.
Tələblər:
- İqtisadi və ya hüquqi sahə üzrə ali təhsil;
- Yüksək ünsiyyətqurma qabiliyyəti;
- Fikrin strukturlaşdırılması və düzgün mətnləşdirilməsi qabiliyyəti;
- Analitik təfəkkür və yüksək təhliletmə qabiliyyəti;
- Bank əməliyyatları və biznes prosesləri barədə biliklər;
- İri həcmli məlumat bazası ilə işləmək və SQL kodlaşdırmanın edilməsi (Əlavə statistik proqram biliyi arzu olunandır R\python\SAS\Tibco və.s);
Əgər təklifimiz Sizə maraqlıdırsa, https://hr.kapitalbank.az/ portalımızdan qeydiyyat keçərək və yaxud hr@kapitalbank.az email ünvanına CV göndərərək vakansiyamıza müraciət eləyə bilərsiniz.
Oxşar vakansiya siyahısı:
CMT Group MMC Muhasib vəzifəsi üzrə vakansiya elan edir. ...
“Az Protein Foods Group” MMC Mühasib köməkçisi vəzifəsi üzrə vakansiya elan edir. ...
AZDIZAYN GROUP Maliyyə meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...
Embafinans Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...
TEZ Logistics MMC şirkəti Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...