Kredit riskləri bölməsinin rəhbəri
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. TuranBank ASC Kredit riskləri bölməsinin rəhbəri vəzifəsi üzrə vakansiya elan edir. Problemi həll etmək bacarığı olmalıdır.

Vəzifəyə olan tələblər:

  • Ali iqtisadi təhsil;
  • Bankın risk menecment, kredit və audit bölmələrində 3 il və daha çox iş təcrübəsi;
  • Problemi həll etmək bacarığı;
  • Analitik düşüncə, müxtəlif hesabatları hazırlama və təhlil etmə bacarığı;
  • İşə yaradıcı yanaşmaq və yeni ideyaları yaratmaq bacarığı;
  • İşdə düzgünlük, operativlik;
  • Komandada işləmə bacarığı;
  • Ünsiyyət qurma qabiliyyəti;
  • Məsuliyyətlilik, diqqətcillik;
  • Rus və İngilis dillərində yazma, oxuma və başa düşmə bacarığı (Beynəlxalq sertifikat və ya diplomları olan olan namizədlərə üstünlük veriləcək);
  • Şəffaflıq və etik davranış standartlarının tələblərinə malik olma.

Vəzifə öhdəlikləri:

  • Kredit reytinq və skorinq sistemlərinin fəaliyyətini qiymətləndirilməsində (nəzarətdə) iştirak etmək;
  • Risk Xəritəsinin hazırlanmasında iştirak etmək;
  • Kredit risklərinin müəyyənləşdirilməsi və ölçülməsində iştirak etmək, müvafiq təkliflər hazırlamaq və rəhbərliyə təqdim etmək;
  • Kredit risklərinin müəyyən edilməsi, qiymətləndirilməsi və portfelin idarə edilməsi üzrə qabaqcıl təcrübə və metodlardan istifadə eilməsi və hesabatların hazırlanması;
  • Müvafiq olaraq kreditləşmə üzrə skorinq, bonus sistemi və problemli kreditlər üzrə adekvat təqib modellərinin hazırlanması, tətbiqi və təkmilləşdirilməsində iştirak etmək;
  • Yaradılan yeni kredit məhsulları üzrə potensial risklərinin müəyyən edilməsi və təkliflərin verilməsi;
  • İri həcmli məlumat bazası ilə işləmək;
  • Stress-test modellərinin hazırlanması, tətbiq edilməsi və nəticələrinin analiz olunması;
  • Mərkəzi Bankın tələblərinə və IFRS standartlarına uyğun olaraq aktivlər üzrə ehtiyyatların yaradılması;
  • Kredit əməkdaşlarının mükafatlandırma sisteminin daimi qiymətləndirilməsi və təkmilləşdirilməsi ilə bağlı təkliflər vermək;
  • Risk limitlərinin hesablanmasına dair təkliflər verilməsi və risk limitlərinə riayət olunmasına nəzarətin həyata keçirilməsi;
  • Fəaliyyəti ilə bağlı nəticələrin hesabatlılığının rəhbərliyə təqdim edilməsi;
  • Şöbənin fəaliyyəti ilə bağlı digər vəzifələri həyata keçirmək.

Anketlərinizi hr@turanbank.az ünvanına göndərməyiniz xahiş olunur. CV-lərinizi göndərərkən Mövzu hissəsinə “Kredit riskləri bölməsinin rəhbəri” yazmağı unutmayın.

Oxşar vakansiya siyahısı:

600 — 700 ₼
Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi

Embafinans Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Embafinans

15.04.2024 - Bakı

500₼
Mühasib Kassir

CMT Group MMC Muhasib -kassir vəzifəsi üzrə vakansiya elan edir. ...

CMT Group MMC

06.04.2024 - Gəncə

Mühasib

TEZ Logistics MMC şirkəti Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...

TEZ Logistics

27.03.2024 - Bakı

Kreditlərin anderraytinqi şöbəsinin mütəxəssisi / aparıcı mütəxəssisi / baş mütəxəssisi

Expressbank ASC Kreditlərin anderraytinqi şöbəsinin mütəxəssisi / aparıcı mütəxəssisi / baş mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Expressbank ASC

19.03.2024 - Bakı