Kredit Risk Anderrayter
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

PASHA Bank şirkəti Kredit Risk Anderrayter vəzifəsi üzrə vakansiya elan edir.

İşiniz nədən ibarətdir?

  • Müştəri bazasının keyfiyyətinə əmin olaraq bankın potensial itki risklərini minimuma endirmək məqsədi ilə Fərdi və Özəl Bankçılıq üzrə borc alanlarla bağlı kredit riski təhlili;
  • Bankın müvafiq kredit siyasəti və proseduraları ilə bağlı biliklərin genişləndirilməsi;
  • Fərdi və Özəl Bankçılıq departamentləri tərəfindən təqdim edilmiş kredit ərizələrinin və limitlərin anderraytinqinin təmin edilməsi;
  • Kreditləşmə prosesində anderraytinq zamanı ehtiyac yaranarsa bankdaxili metodologiya, təlimat və qaydaların tələblərinin ekspert əsaslandırma ilə nəzərə alınmamasının təmin edilməsi;
  • Sifariş edilən öhdəliklərin növündən və ümumi məbləğindən asılı olaraq kredit öhdəliklərində son qərar verici olaraq çıxış;
  • Bankın təsdiq etdiyi kredit siyasəti və müvafiq proseduralara və risk iştahası tələblərinə əsasən kreditlərlə bağlı risk dərəcəsinin qiymətləndirilməsi;
  • Fərdi və Özəl Bankçılıq üzrə daxili təlimat, proses və məhsulların inkişaf etdirilməsi ilə bağlı birbaşa təşəbbüs göstərilməsi və ya rəy verilməsi;
  • Müştərinin maliyyə vəziyyətinin və gələcəkdə krediti qaytarmaq qabiliyyətinin yoxlanılması, kredit reytinqinin müəyyən edilməsi və müvafiq qərarların verilməsi;
  • Ədalətli kredit reytinqlərinin təmin olunması üçün kredit riskinin keyfiyyətini əks etdirən ekspert rəyin verilməsi;
  • Fərdi Bankçılıq Departamenti tərəfindən daxil olmuş defolt olma ehtimalı üzrə cədvəllərin (PD tool) yoxlanılması, nəzarət edilməsi və müştəri üzrə düzgün defolt olma ehtimal dərəcəsinin təsdiqi;
  • Xidmət Səviyyəsi Müqavilələrinə əsasən hər kredit müraciəti üçün kredit riskləri üzrə anderraytinqin tamamlanması və vaxtında icrası.

Sizdən nə tələb olunur?

  • Təhsil: Maliyyə, İqtisadiyyat və ya digər müvafiq sahə üzrə Bakalavr təhsili
  • İş təcrübəsi: Kredit, Risk və ya müvafiq sahə üzrə minimum 2-4 il
  • Dil bilikləri: İngilis və Rus
  • Lisenziya/Sertifikat: Risk Menecment, Bankçılıq və Kredit üzrə sertifikatlar
  • Kompüter bilikləri: Microsoft Office
  • Bazar bilikləri: Fərdi bankçılıq üzrə biliklər
  • Digər: Bank qanunvericiliyi və requlyator tələblər ilə əlaqəli biliklər, bankçılıq və mühasibatlıq təcrübəsi

Müraciət edin:

Tələblərə cavab verdiyiniz halda, müraciətlərinizi 13.05.2022-ci il tarixinədək başlıqda “Kredit Risk Anderrayteri” qeyd edərək göndərməyiniz xahiş olunur. Nəzərinizə çatdırırıq ki, yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

Oxşar vakansiya siyahısı:

600 — 800 ₼
Mühasib köməkçisi

“Az Protein Foods Group” MMC  Mühasib köməkçisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Azprotein Foods Group

24.04.2024 - Bakı

Maliyyə meneceri

AZDIZAYN GROUP Maliyyə meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...

AZ Dizayn Group

23.04.2024 - Bakı

600 — 700 ₼
Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi

Embafinans Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Embafinans

15.04.2024 - Bakı

500₼
Mühasib Kassir

CMT Group MMC Muhasib -kassir vəzifəsi üzrə vakansiya elan edir. ...

CMT Group MMC

06.04.2024 - Gəncə

Mühasib

TEZ Logistics MMC şirkəti Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...

TEZ Logistics

27.03.2024 - Bakı