Kredit mütəxəssisi
vakansiya — 2025

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h 400-800 AZN. International BOKT Kredit mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. Әla ünsiyyət qurma və komandada işləmək bacarığı olmalıdır.

“İnternationa”l BOKT ASC Bakı filialları üzrə (Əcəmi, İnşaatçılar, Binəqədi, Bakıxanov, Əhmədli, Gənclik, Qarayev, Sumqayıt, Xırdalan, Masazır) Kredit mütəxəssisi vəzifəsinə işçi qəbulu elan edir. Karyeranı satış təmsilçisi sahəsində görür və bu istiqamətdə bilik və bacarıqlarını inkişaf etdirmək istəyirsənsə, səni peşəkar komandamıza qoşulmağa dəvət edirik

Vəzifə öhdəlikləri

  • Aktiv satış təbliğatının aparılması və yeni potensial müştərilərin  cəlb edilməsi üçün təşəbbüskarlıq göstərmək;
  • Kredit portfelinin keyfiyyətinə nəzarət və müştərilərlə mütəmadi əlaqə saxlamaq;
  • Müştərilərin uzun müddətli əməkdaşlığını təmin etmək məqsədi ilə operativ və keyfiyyətli xidmət göstərmək, daxil olmuş tələb və şikayətləri yerində araşdırmaq;
  • Daxil olan kredit analiz müraciətlərinin vaxtında icra olunmasını və Kreditləşdirmə üçün lazımi sənədlərin tərtibatını təmin etmək.

Tələblər:

  • Ali təhsil və ya orta ixtisas təhsil;
  • Fərdi və komanda tərkibində işləmə qabiliyyəti;
  • Yüksək ünsiyyətqurma və müştərilərlə işləmək qabiliyyəti;
  • Microsoft Office proqramlarında (Word, Excel) işləmək bacarığı;

İş qrafiki:

  • Bazar ertəsi – Cümə: 09:00 – 18:00
  • Ə/h: 400-800 Azn

Göstərilən tələblərə cavab verən şəxslərin CV-lərini “Kredit üzrə mütəxəssis” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərməkləri xahiş olunur.

Bank və ya bank olmayan kredit təşkilatında (kredit mütəxəssisi) və lombardlarda işləyən namizədlərə üstünlük verilir

Oxşar vakansiya siyahısı:

Aparıcı mühasib

Aznet Technologies QSC Aparıcı mühasib vəzifəsi üzrə vakansiya elan edir.a ...

Aznet Technologies

18.06.2025 - Bakı