Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Schafer Azerbaijan Kredit Mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. Azərbaycan və rus dili biliyi tələb olunur.
“Schafer” yüzlərlə məhsulla xidmət etməyə davam edən Türk şüşə qabları sənayesi qurumlarından biridir. 10 məhsul növü ilə marka səyahətinə başlayan Schafer, bu gün 5 fərqli əsas kateqoriyada fəaliyyət göstərir.
Əgər siz də pozitiv bir komandanın üzvünə çevrilmək istəyirsinizsə öz CV-nizi azerbaijanschafer@gmail.com e-mail ünvanına göndərə bilərsiniz.
Öhdəliklər:
- Müştəriyə malların hissəli şəkildə satılması barədə ətraflı məlumat vermək;
- Müştəri tərəfindən verilən sualları cavablandırmaq, kampaniyalar barədə məlumat vermək;
- Kredit müraciətlərini qəbul etmək, şirkət daxili qaydalar çərçivəsində düzgün kredit müqaviləsi tərtib etmək;
- Kredit satış portfelinə nəzarət və idarə etmək;
- Müştəri hesablarının aparılmasına dair xidmətlər göstərmək;
- Müəyyən olunan vaxtda hesabatları düzgün hazırlayaraq vaxtında çatdırmaq;
- Hissəli ödəniş edən problemli müştəri ilə daim ünsiyyət qurmaq, analizlər etmək;
- Lazımi maliyyə hesabatlarını aparmaq;
Tələblər:
- Ali təhsil;
- Müvafiq sahədə iş təcrübəsi (1-2 il);
- Azərbaycan və rus dili biliyi;
- Microsoft Office proqramları (WORD, EXCEL);
- 1C mühasibatlıq proqramında işləmək bacarığı üstünlükdür;
- Yaş həddi 25-40;
Biz Təklif Edirik:
- AR məcəlləsinə əsasən sənədləşmə;
- Həftədə 6 iş günü bir gün istirahət;
- Əmək haqqı ilə yanaşı bonuslardan faydalanmaq;
- Maaş – Razılaşma;
Göstərilən tələblərə uyğun xanım namizədlər öz CV-lərini mailin mövzu hissəsinə “Kredit Mütəxəssisi” qeyd etməklə azerbaijanschafer@gmail.com elektron ünvanına göndərə bilərlər.
Oxşar vakansiya siyahısı:
PASHA Bank Komplayns Şöbəsi üzrə Kiçik Mütəxəssis (müvəqqəti) Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A şirkəti Mühasib vəzifəsi üzrə vakansiyasını elan edir ...