Qısa məzmun
Azmikroinvest BOKT Kredit mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifə öhdəlikləri:
- Kredit ərizələrini qəbul etmək, müştərilərin, zaminlərin (əgər mövcuddursa) və girovların (əgər mövcuddursa) təhlilini aparmaq;
- Kredit ərizələrini hazırlamaq və kredit komitəsinə baxılmaq/təsdiq olunmaq üçün təqdim etmək;
- Kredit ödənişlərinə yaxından nəzarət etmək və mümkün ola biləcək gecikmələrə qarşı tədbirlər görmək;
- “BOKT”un proqramına müştəri məlumatlarını daxil etmək;
- Kredit üzrə məlumatları düzgün şəkildə proqrama daxil etmək;
- Qanunvericilik, daxili qaydalar və kredit komitəsinin qərarlarına uyğun olaraq müqavilə, müqaviləyə əlavə və digər zəruri sənədləri tərtib edərək krediti rəsmiləşdirmək;
- Kredit qovluğu və onun elektron fotosurətini yaratmaq;
- Təşkilatdaxili sənədləri Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinin tələbləri və daxili qaydalara uyğun olaraq tərtib etmək və rəsmiləşdirmək.
- Kredit qovluqlarının arxivləşdirilməsi;
- Rəhbərlik tərəfindən verilən tapşırıqları dəqiq və düzgün şəkildə icra etmək;
Namizədə dair tələblər:
- Ali təhsil (Maliyyə və kredit üzrə);
- Azərbaycan və rus dillərini mükəmməl səviyyədə bilmək, İngilis dili isə arzuolunandır;
- Yeni məzun;
İş haqqında məlumat:
- İş qrafiki: I-V günlər; saat 09:00-18:00;
- Maaş: 400 AZN;
- İş təcrübəsinə ehtiyac yoxdur. Hər şey iş mühitində öyrədiləcək.
Oxşar vakansiya siyahısı:
Komplayns Şöbəsi üzrə Kiçik Mütəxəssis (müvəqqəti)
PASHA Bank Komplayns Şöbəsi üzrə Kiçik Mütəxəssis (müvəqqəti) Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Mühasib
Mətanət A şirkəti Mühasib vəzifəsi üzrə vakansiyasını elan edir ...