Qısa məzmun
“GL” ASC Gəncə şəhərində yerləşən filiallar üzrə Kredit mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir
Gəncə şəhərində yerləşən filiallar üzrə Kredit mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edilir
Əsas vəzifə öhdəlikləri
- Aktiv satışların təşkili və potensial müştərilərin cəlb olunması
- Kredit portfelinin keyfiyyətinə nəzarət və müştərilərlə mütəmadi əlaqə saxlanılması
- Müştəri müraciətlərinin qəbulu təhlili kredit komitəsinə təqdimatı və rəsmiləşdirilməsi
- Yeni kredit məhsulları və satış metodları üzrə təkliflərlə çıxış etmək
- Müştəri məmnuniyyətini təmin etmək məqsədilə operativ və keyfiyyətli xidmət göstərmək daxil olan şikayət və müraciətləri yerində araşdırmaq
- Kreditləşmə ilə bağlı sənədlərin düzgün və vaxtında hazırlanmasını təmin etmək
Namizəddən tələblər
- Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi
- Ali və ya natamam ali təhsil
- Yüksək ünsiyyət bacarığı və müştəriyönümlü yanaşma
- Fərdi və komanda ilə işləmək bacarığı
- Microsoft Office proqramlarında xüsusilə Word və Excel sərbəst işləmək bacarığı
- Bank və ya bank olmayan kredit təşkilatlarında xüsusilə lombard sahəsində təcrübəsi olan namizədlərə üstünlük verilir
İş şəraiti
- İş qrafiki Bazar ertəsi – Cümə 09:00 – 18:00
- Əməkhaqqı və bonus sistemi
- Başlanğıc kateqoriya 400 AZN əməkhaqqı + 800 AZN bonus = 1200 AZN
- Yuxarı kateqoriya 600 AZN əməkhaqqı + 1200 AZN bonus = 1800 AZN
Müraciət qaydası
Tələblərə uyğun olan namizədlərdən “Kredit üzrə mütəxəssis (müvafiq filialın adı ilə)” başlığı ilə CV-lərini vakansiya@glasc.az elektron ünvanına göndərmələri xahiş olunur
Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaq
Qeyd edək ki göndərilən CV-lər şirkətimizin məxfi məlumat bazasında saxlanılır
Oxşar vakansiya siyahısı:
Audit
BOKT “Falcon Finance” MMC Audit vəzifəsi üzrə vakansiya elan edir. ...
Komplayens şöbəsinin mütəxəssisi
BOKT “Falcon Finance” MMC (Bakı filialı) Komplayens şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...