Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Xalq Bank Kredit məhsulu və biznes proseslərinin təhlili şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. İT sahəsində bilikləri olması tələb olunur.
NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:
- Maliyyə, menecment, iqtisadiyyat və ya hüquq istiqaməti üzrə magistr təhsilin olması;
- Bankda Kredit sahəsində (kiçik və orta biznes sahəsində iş təcrübəsi arzuolunandır) minimum 3 il iş təcrübəsi;
- Peşəkar səviyyədə MS Office, xüsusilə MS Excel-dən istifadə bacarığı;
- Analitik düşüncə və detallara fikirvermə qabiliyyəti;
- Stressə davamlılıq, komandada işləmə bacarığı;
- Hərbi xidməti bitirən və ya hərbi xidmətdən möhlət hüququ olan (oğlanlar üçün);
- İT sahəsində bilikləri olması.
İŞİN TƏSVİRİ:
- Bankın proqram təminatın optimallaşması üçün Bankın İT İdarəsi ilə əlaqəli işlərin aparılması;
- Bankın Proqram təminatında yeni məhsulların yaradılması;
- Sistem şəklində yaranan səhvlərin aradan qaldırılması üçün proqram təminatçısı əməkdaşları tərəfindən hazırlanmış patch-ların Filiallar ilə birgə yoxlanılması və düzgün nəticələrin təsdiqlənməsi;
- Bankda hesabatların hazırlanması prosessinin avtomatlaşdırılması üçün lazımi işlərin aparılması;
- Bankın proqram təminatında kreditlər üzrə məlumatların düzgün əks olub-olunmamasını təhlil edib, müvafiq düzəlişlərin aparılması.
- Proqram təminatında texniki səvhlərin təyin olunması, araşdırılması və düzəlişlərin (İT İdarəsi ilə) aparılması;
- Kredit portfelinin vəziyyətinin və dinamikasının müntəzəm təhlili və hesabatların təhlil edilməsi yolu ilə kredit portfelinin keyfiyyətinə nəzarət edilməsi
- Təsdiq edilmiş limitlərə Filiallar tərəfindən riayət olunmasına nəzarət, rəsmiləşdirilmiş kreditlər üzrə kredit rəylərinin düzgün tərtib olunmasının və aparılmış iqtisadi-maliyyə təhlilin tamlığının yoxlanılması
- Yeni bank məhsulların hazırlanması və mövcud bank məhsulların və Kreditlərin verilməsi Qaydalarının şərtlərinə yenidən baxılması və müzakirə edilməsi
QEYD:
Tələblərə uyğun olmayan və mail-da “Mövzu” qismində müraciət edilən vakansiyanın adı qeyd olunmayan “CV”-lərə baxılmayacaq. CV-lər azərbaycan dilində, “Xalq” Bankın CV formasını doldurmaqla göndərilməlidir.
Əlaqə vasitələri:
Faks: (012) 404 43 34
Oxşar vakansiya siyahısı:
Komplayns Şöbəsi üzrə Kiçik Mütəxəssis (müvəqqəti)
PASHA Bank Komplayns Şöbəsi üzrə Kiçik Mütəxəssis (müvəqqəti) Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Mühasib
Mətanət A şirkəti Mühasib vəzifəsi üzrə vakansiyasını elan edir ...