Qısa məzmun
“Baku Electronics” namizədləri Kredit departamentinin Kredit işçisi vəzifəsinə müraciət etməyə və peşəkar komandanın üzvü olmağa dəvət edir.
Vəzifə öhdəlikləri:
- Müştərilərin nisyə alış üçün müraciətlərini qəbul və analiz etmək;
- Müştərilərə məhsulların nisyə alış şərtləri, ödəniş vaxtları və imkanları ilə bağlı ətraflı məlumat vermək;
- Daxil olan müraciətlərin vaxtında icra olunmasını və müvafiq sənədlərin tərtibatını təmin etmək;
- Nisyə məhsul satışı üçün tələb olunan sənədlərin və məlumatların qanunvericiliyə və daxili qaydalara uyğunluğunu yoxlamaq;
- Nisyə satış müqaviləsini hazırlamaq üçün müştəri barəsində məlumat və sənədləri əldə etmək;
- Müştəriyə nisyə məhsul satış zamanı aylıq ödəniş məbləğini hesablamaq və müqavilənin bağlanmasını təmin etmək;
- Müştəri və müqavilə məlumatlarını əməliyyat proqramına daxil etmək;
Tələblər:
- Ali təhsil;
- MS office proqramlarından sərbəst istifadə qabiliyyəti;
- Aktiv, çevik, ünsiyyətcil və məsuliyyətli;
Müvafiq tələblərə uyğun olan namizədlər CV-lərini mövzu hissəsində “Kredit işçisi” qeyd etməklə hr@bakuelectronics.az elektron ünvanına göndərə bilərlər. Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
Oxşar vakansiya siyahısı:
Mühasib
Güvənli MMC Mühasib vəzifəsi üzrə işçi qəbulu elan edir. ...
Audit
BOKT “Falcon Finance” MMC Audit vəzifəsi üzrə vakansiya elan edir. ...
Komplayens şöbəsinin mütəxəssisi
BOKT “Falcon Finance” MMC (Bakı filialı) Komplayens şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...