Kredit inzibatlaşdırılması üzrə kiçik mütəxəssis
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. Yelo Bank Kredit inzibatlaşdırılması üzrə kiçik mütəxəssis (Mərdəkan) vəzifəsi üzrə vakansiya elan edir. Problem həll etmə bacarığı olmalıdır.

Karyerasını “Parlaq bankçılıq”da inkişaf etdirmək istəyən namizədlərimiz üçün hazırda “Mərdəkan filialına kredit inzibatlaşdırılması üzrə kiçik mütəxəssis” vakansiyasını elan edirik.

Siz elektron poçtun “mövzu” yerinə “Mərdəkan_kredit inzibatlaşdırılması_kiçik mütəxəssis” qeyd etməklə öz CV-lərinizi jobs@yelo.az ünvanına göndərə bilərsiniz.

İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq. Əlavə məlumat üçün: www.yelo.az
Struktur: Mərdəkan filialı
Vəzifə: Kredit inzibatlaşdırılması üzrə kiçik mütəxəssis
Bilavasitə tabeçiliyi: Filial rəhbəri

Vəzifə öhdəlikləri:

  • Kreditlər üzrə məlumatların Bankın daxili əməliyyat sisteminə daxil edilməsi, qanunvericiliyə, bankdaxili qaydalara və kredit komitəsinin qərarlarına uyğun olaraq müqavilələr, müqaviləyə əlavələr və digər zəruri sənədləri tərtib edərək kreditin rəsmiləşdirilməsi;
  • Cari kreditlərin restrukturizasiyası ilə bağlı təqdim olunan sənədlərin yoxlanılması və müqavilələrin hazırlanması;
  • Kredit verilməsi ilə əlaqədar hesabların açılması;
  • Tələb olunan sənədlər siyahısına əsasən kredit dosyesinin dolğunluğuna nəzarət və daxili prosedura əsasən arxivləşdirilməsi;
  • Kreditlərin rəsmiləşdirilməsi prosesini Bankın daxili normativ sənədləri, müvafiq prosedur və qaydaların tələblərinə əsasən icra etməsi;
  • Şöbənin funksiyalarından və daxili normativ sənədlərin tələblərindən irəli gələn digər vəzifələrin yerinə yetirilməsi.

Tələblər:

  • Ali təhsil;
  • Kreditin rəsmiləşdirilməsi üzrə təcrübə arzu olunandır;
  • Microsoft Word və Excel proqramların yaxşı səviyyədə istifadəsi bacarığı;
  • Ofis avadanlığından (printer, skaner və s.) istifadəsi bacarığı.

Biz Sizə nə təklif edirik:

  • Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti;
  • Performansın illik qiymətləndirməsi və gələcək karyeranızın qurulması üçün geniş imkanlar;
  • Müasir idarəetmə sistemi, innovativ və mehriban kollektiv.
  • Könüllü tibbi sığorta proqramına qoşulma;
  • Yığım sığortasına qoşulma imkanı;

Oxşar vakansiya siyahısı:

Kredit mütəxəssisi

Bokt “Falcon Finance” MMC Kredit mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. Fərdi və komanda tərkibində işləmə qabiliyyəti olmalıdır. ...

Falcon Finance

03.05.2024 - Xudat

Borcların təhlili üzrə kiçik mütəxəssis

Unibank Borcların təhlili üzrə kiçik mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...

Unibank

30.04.2024 - Gəncə

Mühasib

CMT Group MMC Muhasib vəzifəsi üzrə vakansiya elan edir. ...

CMT Group MMC

25.04.2024 - Bakı

600 — 800 ₼
Mühasib köməkçisi

“Az Protein Foods Group” MMC  Mühasib köməkçisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Azprotein Foods Group

24.04.2024 - Bakı

Maliyyə meneceri

AZDIZAYN GROUP Maliyyə meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...

AZ Dizayn Group

23.04.2024 - Bakı

600 — 700 ₼
Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi

Embafinans Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Embafinans

15.04.2024 - Bakı

500₼
Mühasib Kassir

CMT Group MMC Muhasib -kassir vəzifəsi üzrə vakansiya elan edir. ...

CMT Group MMC

06.04.2024 - Gəncə