Kredit inzibatçısı
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. Azərbaycan beynəlxalq Bankı Kredit inzibatçısı vəzifəsi üzrə vakansiya elan edir. Ofis proqramlarında sərbəst işləmək bacarığı olmalıdır.

“ABB” ASC Bakı şəhərində yerləşən filiallarına kredit inzibatçısı vakansiyası elan edir.

Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə Azərbaycan Beynəlxalq Bankı komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.

Komanda ruhunun gücünü hiss etmək, öz potensialınızı belə bir mühitdə reallaşdırmaq, daim öyrənərək biliklərinizi başqaları ilə də paylaşmaq və layiq olduqlarınızı əldə etmək üçün Sizi Azərbaycan Beynəlxalq Bankının yaratdığı bu imkandan faydalanmağa çağırırıq.

Vəzifə öhdəlikləri:

  • Kreditlərin prosedurlara uyğun verilməsinə nəzarət, avtorizasiya səlahiyyəti;
  • Kredit sənədlərinin tamlığına cavabdehlik;
  • Girov təminatlarının sistem üzrə qeydiyyatına nəzarət və girovdan azad məktublarının hazırlanması;
  • Silinmələr prosesinin mərkəzləşdirilməsində iştirak;
  • Kredit inzibatçılığı üzrə digər nəzarət işləri;

Tələb olunan səriştələr:

  • Komandada işləmək bacarığı;
  • Detallara diqqət;
  • Analitik təhlil;
  • Vaxtı idarə etmək qabiliyyəti;

Vakant vəzifə üzrə tələblər:

  • Ali təhsil;
  • Bank sahəsində 1 il iş təcrübəsi;
  • Ofis proqramlarında sərbəst işləmək bacarığı;.

Bu iş sizə nələri qazandıracaq:

  • Bank sahəsində iş proseslərini dərindən öyrənmək imkanı;
  • Müvafiq sahədə potensialınızı reallaşdırmaq imkanı;
  • Zəngin təcrübə qazanmaq və fərdi inkişaf imkanı;
  • Peşəkar sahədə geniş əlaqələr qurmaq imkanı;
  • Yüksək şəxsi və peşəkar keyfiyyətlərə malik komandanın bir üzvü olmaq;
  • Adekvat əmək haqqı.

Göstərilən tələblərə cavab verən namizədlər bankın daxili CV formasını 10 Mart 2020-ci il tarixinədək cv@ibar.az elektron ünvanına göndərə bilərlər.

Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Kredit inzibatçısı (Bakı)” şəklində göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətiniz nəzərimizdən qaça bilər.

İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.

Əlavə məlumat üçün: www.ibar.az

Oxşar vakansiya siyahısı:

Borcların təhlili üzrə kiçik mütəxəssis

Unibank Borcların təhlili üzrə kiçik mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...

Unibank

30.04.2024 - Gəncə

Mühasib

CMT Group MMC Muhasib vəzifəsi üzrə vakansiya elan edir. ...

CMT Group MMC

25.04.2024 - Bakı

600 — 800 ₼
Mühasib köməkçisi

“Az Protein Foods Group” MMC  Mühasib köməkçisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Azprotein Foods Group

24.04.2024 - Bakı

Maliyyə meneceri

AZDIZAYN GROUP Maliyyə meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...

AZ Dizayn Group

23.04.2024 - Bakı

600 — 700 ₼
Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi

Embafinans Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Embafinans

15.04.2024 - Bakı

500₼
Mühasib Kassir

CMT Group MMC Muhasib -kassir vəzifəsi üzrə vakansiya elan edir. ...

CMT Group MMC

06.04.2024 - Gəncə