Qısa məzmun
PASHA Bank Kredit inzibatçılığı üzrə kiçik mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifənin məqsədi
- Müştəri məmnunluğu əldə etmək üçün kreditlə bağlı bütün əməliyyat və digər məsələlərin (lazımi məlumatla təminat, şikayətlərin idarə edilməsi – baş vermiş problemlərin müəyyənləşdirilməsi və aradan qaldırılması) effektiv, şəffaf və düzgün icrasında daxili və xarici müştərilərə yüksək səviyyədə xidmət göstərilməsinə məsuliyyət daşıyır.
Görəcəyiniz işlər:
- Çek List üzrə MM-dən bütün zəruri sənədlərin toplanması.
- Müqavilələrin tərtib edilməsi.
- ABS-də kredit şərtlərinin yığılması.
- Girovlarin ABS-də qeydiyyatinin aparilmasi
- Notariat və qeydiyyat işlərinin icra edilməsi.
- Audit və hüquq departamentlərinə keyslərin ötürülməsi.
- Gündəlik kreditlər üzrə əməliyyatların aparılması.
- Maliyyə arayışlarının hazırlanması.
- Kredit fayllarının hazırlanması (şərtlər və girovlar daxil olmaqla)
- Məlumatın dəqiqliyinin yoxlanılması (həm elektron, həm də kağız daşıyıcıda).
- Müştəri şərtlərinin və müntəzəm kredit ödənişlərinin monitorinq edilməsi.
- Əməliyyatlarla bağlı sənədlərin saxlanması və lazımi məlumatın elektron məlumat bazasına daxil edilməsi.
- Kreditlərə dair hesabatlarin aparılması
- Hər hansı kreditlə əlaqəli istənilən növ suallarin cavablandırılması.
- Bəzi kredit məsələləri, zəruri girov sənədləri ilə bağlı izahatlar vermək üçün müştərilərlə ünsiyyətin qurulması, bütün bunların yoxlanılması və notarial qaydada rəsmiləşdirilməsi.
Sizdən gözləntimiz:
- Məhsul və bazar üzrə biliklər: Müvafiq daxili siyasət və prosedurlar, məhsul barədə məlumatlılıq, müvafiq qanunvericilik bilikləri
- Bank əməliyyatları və kredit sahəsi üzrə minimum 1 il iş təcrübəsi
- Hesabatlarla işləmək bacarığı
- Müştəri yönümlük
- Güclü ünsiyyət bacarığı
Bu sahə üzrə özünü sınamaq istəyən hər kəs 31/10/2021 tarixinə kimi recruitment@pashabank.az ünvanına müraciət edə bilər.
Oxşar vakansiya siyahısı:
Komplayns Şöbəsi üzrə Kiçik Mütəxəssis (müvəqqəti)
PASHA Bank Komplayns Şöbəsi üzrə Kiçik Mütəxəssis (müvəqqəti) Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Mühasib
Mətanət A şirkəti Mühasib vəzifəsi üzrə vakansiyasını elan edir ...