Kredit İnzibatçılığı / Kiçik Mütəxəssis
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

PASHA Bank Kredit İnzibatçılığı / Kiçik Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.

Link: https://qlor.me/lfvl961e

Təsvir

İşiniz nədən ibarətdir?

  • Çek List üzrə MM-dən bütün zəruri sənədlərin toplanması;
  • Müqavilələrin tərtib edilməsi;
  • ABS-də kredit şərtlərinin yığılması;
  • Girovlarin ABS-də qeydiyyatinin aparilmasi;
  • Notariat və qeydiyyat işlərinin icra edilməsi;
  • Audit və hüquq departamentlərinə keyslərin ötürülməsi;
  • Gündəlik kreditlər üzrə əməliyyatların aparılması;
  • Maliyyə arayışlarının hazırlanması;
  • Kredit fayllarının hazırlanması (şərtlər və girovlar daxil olmaqla);
  • Məlumatın dəqiqliyinin yoxlanılması (həm elektron, həm də kağız daşıyıcıda);
  • Müştəri şərtlərinin və müntəzəm kredit ödənişlərinin monitorinq edilməsi;
  • Əməliyyatlarla bağlı sənədlərin saxlanması və lazımi məlumatın elektron məlumat bazasına daxil edilməsi;
  • Bankın kredit əməliyyatlarının effektiv icrasına dəstək göstərilməsi;
  • Müvafiq daxili və xarici qayda və proseslərə uyğun olaraq işlərin icra edilməsi;
  • Hər hansı kreditlə əlaqəli istənilən növ suallarin cavablandırılması;
  • Bəzi kredit məsələləri, zəruri girov sənədləri ilə bağlı izahatlar vermək üçün müştərilərlə ünsiyyətin qurulması, bütün bunların yoxlanılması və notarial qaydada rəsmiləşdirilməsi;
  • Bankın daxili qaydalarına, proseslərinə, siyasətlərinə, təlimatlarına (o cümlədən, Davranış Məcəlləsi, Maraqlar Münaqişəsi Siyasəti, SƏTƏM-lə əlaqədar olan) ciddi şəkildə əməl etmək və onların pozulmasına görə məsuliyyət daşımaq. Hər hansı qəzalar, insidentlər və təhlükəli hallar barəsində dərhal birbaşa rəhbərə məlumat vermək. Hər zaman təhlükəsiz, ətraf mühiti qoruyan və çirklənməsinin qarşısını alan qaydada işləmək;
  • Bankın Təşkilati Risklərin İdarəedilməsinə dair siyasətinə əməl etmək. İş prosesində yaranan risk faktorlarını vaxtında müəyyənləşdirib, lazımi addımları atmaq;
  • Bank tərəfindən işçinin qarşısına qoyulan və işçi tərəfindən qəbul edilən yarım illik və illik hədəflərə çatmaq;
  • Birbaşa rəhbər tərəfindən verilən digər şifahi və yazılı tapşırıqlar.

Tələblər

Sizdən nə tələb olunur?

  • Təhsil: İqtisadiyyat və buna uyğun digər sahə üzrə bakalavr təhsili
  • Tələb olunan iş təcrübəsi: kredit inzibatçılığı üzrə minimum 1 il
  • Xarici dillər: Azərbaycan dili (yüksək səviyyədə), İngilis dili (orta), Rus dili (orta)
  • Kompüter bilikləri: Microsoft Office (Excel, Word, PowerPoint)
  • Məhsul üzrə biliklər: AİF ipoteka kreditləşmə prosesi. Müvafiq daxili siyasət və prosedurlar, məhsul barədə məlumatlılıq, müvafiq qanunvericilik bilikləri
  • Başqa tələblər: Hesabat hazırlama bacarığı, güclü ünsiyyət bacarığı, münaqişələrin həlli bacarığı, innovativ düşünmə və özünü inkişaf etdirmək bacarığı

Oxşar vakansiya siyahısı:

600 — 800 ₼
Mühasib köməkçisi

“Az Protein Foods Group” MMC  Mühasib köməkçisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Azprotein Foods Group

24.04.2024 - Bakı

Maliyyə meneceri

AZDIZAYN GROUP Maliyyə meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...

AZ Dizayn Group

23.04.2024 - Bakı

600 — 700 ₼
Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi

Embafinans Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Embafinans

15.04.2024 - Bakı

500₼
Mühasib Kassir

CMT Group MMC Muhasib -kassir vəzifəsi üzrə vakansiya elan edir. ...

CMT Group MMC

06.04.2024 - Gəncə

Mühasib

TEZ Logistics MMC şirkəti Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...

TEZ Logistics

27.03.2024 - Bakı