Qısa məzmun
Ə/h razılaşma yolu ilə. FINCA Azerbaijan LLC Kredit yoxlanışı üzrə işçi (Biləsuvar) vəzifəsi üzrə vakansiya elan edir. Azərbaycan dilini səlis bilməlidir.
ÖHDƏLİKLƏR:
- Kredit Yoxlanışı üzrə İşçi, Ərazi üzrə Menecerin nəzarəti altında işləyərək kreditvermədən öncə təsdiq olunan kreditlər və digər əlaqəli sənədlərdə qeyd olunan kritik məlumatların yoxlanışı və təsdiqedilməsi prosesinin yekunlaşdırılmasına görə cavabdehdir.
- Nağd pul vəsaitlərinin axını haqqında əsas mənbə sənədlərində qeyd olunan məlumatın MİS sisteminə daxil edildiyinə əmin olmaq və kredit müraciətlərininin həqiqiliyini və dəqiqliyini təmin etmək.
- Şirkət daxili və kənar məlumatların yoxlanışını edərək kreditə müraciət edən müştərinin Kredit Bürosunda və ya digər maliyyə institutları qarşısında hər hansı bir gecikməsinin olmamasına əmin olmaq.
- İşlərin gündəlik olaraq müvafiq Ərazi üzrə Menecerə göndərilməsini təmin etmək.
Tələblər:
- Ali təhsil, Mühasibatlıq/Maliyyə/İqtisadiyyat və ya oxşar sahlələrdə Bakalavr dərəcəsi
- Mikromaliyyə və ya bank sahəsində 1 il və ya daha çox iş təcrübəsi, kredit riski, kreditlərə nəzarət, tənzimləyici mühit və ya kommersiya kreditlərinin verilməsi sahələrində təcrübə arzuolunandır
- Danışıqların aparılması üzrə bacarıqlar
Çox yaxşı ünsiyyət qurma bacarıqları - Azərbaycan dilini səlis bilmək
- Microsoft Office bilikləri
- Şəxsi avtomobilin və sürücülük vəsiqəsinin olması
Əgər yuxarıda qeyd edilən vəzifədə işləmək istəyirsinizsə, öz tərcümeyi-halınızı (CV) 14 Fevral 2020-ci il tarixindən gec olmamaq şərtilə recruitment@fincaazerbaijan.com elektron ünvanına Subject/Mövzu hissəsində KREDİT YOXLANIŞI ÜZRƏ İŞÇİ (BİLƏSUVAR) qeyd etməklə göndərə bilərsiniz.
Oxşar vakansiya siyahısı:
Falcon Finance şirkəti Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
HomeFinance Risklərin idarə edilməsi üzrə Kiçik mütəxəssis/Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Şirkət haqqında: 2016-cı ildən fəaliyyətə başlayan “GL” ASC müştərilərə “Sizin Lombard” brendi ilə çevik və keyfiyyət ...
AccessBank Mikro və Aqro Müştərilər üzrə Mütəxəssis (Mingəçevir filialı üzrə) vakansiyasını elan edir. ...
Sağlam Ailə Ultralab klinikasında Xəzinədar vakansiyası aktivdir. ...