Qısa məzmun
Ə/h razılaşma yolu ilə. PASHA Bank KOS Müştəri Meneceri vəzifəsi üzrə vakansiya elan edir. İngilis və rus dili – yaxşı səviyyədə bilməlidir.
İş barədə məlumat :
- Müştəri Meneceri müştərilərin biznesinə, ehtiyaclarına, risklərin idarə edilməsinə və qiymət təklifinə (həm Müştəri, həm də Bank üçün) diqqət yetirərək, maliyyə məsləhətləri və maliyyə xidmətləri göstərərək müştərilərin portfelini artırıb idarə etməlidir.
- Cari Kiçik və Orta Sahibkarlıq seqmentinə gəlirləri ildə 8 milyon manat olan müştərilər daxildir. Kiçik və Orta Sahibkarlıq seqmentinə təqdim edilən əsas xidmətlərinə daxildir: borc maliyyələşdirilməsi, faktoring, ticarətin maliyyələşdirilməsi, pul və hesablaşma xidmətləri.
Vəzifə öhdəlikləri :
- Müştərilərin portfelini idarə etmək, müştəri üçün əsas təmas nöqtəsi və əsas maliyyə məsləhətçisi olmaq
- Yeni müştərilərin axtarılması, mövcud əlaqələrin saxlanılması və möhkəmlənməsi, müştəri məmnuniyyətinin təmin edilməsi və yaxşı müştəri münasibətləri yaradılması.
- Müştərinin maliyyə və əməliyyat strategiyalarını təhlil etmək və müştərinin təcili və uzunmüddətli ehtiyaclarını ödəmək üçün maliyyə xidmətləri təklif etmək
- Müştərilərə məhsulların və xidmətlərin haqqında məlumatların effektiv çatdırılması üçün aidiyyati strukturlarla daimi əlaqədə olmaq.
- Bankın məhsullarını Kiçik və Orta Sahibkarlıq seqmentinə satmaq, müştəri bazasını idarə edib və genişləndirməyi üçün imkanların axtarışı
- Müştərilərin maliyyəşdirilmə müraciətlərini təmin etmək üçün ilkin maliyyə təhlilini aparmaq və kredit analitikləri ilə səmərəli əməkdaşlıq
- Prosedurlara müvafiq olaraq, müştərilərin kredit müraciətlərini kredit komitəsində təqdim etmək
- Müştərilərin portfelinin yüksək gəlirliliyini və artırılmasını təmin etmək
Tələb olunan ixtisas və bacarıqlar:
- Maliiyyə, İqtisadiyyat və ya Bankçılıq üzrə Bakalavr ya müvafiq sahədə bakalavr dərəcəsi
- Yüksək kommunikasiya və danışıqların aparılması bacarıqları
- Korporativ Bankçılıq( kreditin təhlili və satış) sahəsində 1-3 illik təcrübə
- Azərbaycan dili – səlis
- İngilis və rus dili – yaxşı
Vəzifə tələblərinə cavab verən namizədlərdən rəsmi müraciətlərini recruitment@pashabank.az elektron ünvanına email-in mövzu hissəsində “KOS Müştəri Meneceri” yazaraq göndərmələri xahiş olunur. Əks halda sizin namizədliyiniz nəzərə alınmayacaqdır.
Oxşar vakansiya siyahısı:
Komplayns Şöbəsi üzrə Kiçik Mütəxəssis (müvəqqəti)
PASHA Bank Komplayns Şöbəsi üzrə Kiçik Mütəxəssis (müvəqqəti) Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Mühasib
Mətanət A şirkəti Mühasib vəzifəsi üzrə vakansiyasını elan edir ...