Qısa məzmun
PASHA Bank KOS Anderraytinqi şöbəsinin Mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir.
Təsvir
- Bankın təsdiq edilmiş kredit siyasəti və müvafiq proseduraları ilə bağlı zəruri biliklərə yiyələnmək;
- Kreditlərin Strukturlaşdırılması və müvafiq satış departamentləri tərəfindən təqdim edilmiş kredit ərizələrinin və limitlərin anderraytinqini təmin etmək;
- Sifariş edilən öhdəlikləyin növündən və ümumi məbləğindən asılı olaraq bu kredit öhdəliklərində son qərar verici olaraq çıxış etmək;
- Kreditləşmə prosesində anderraytinq zamanı ehtiyac yaranarsa bankdaxili metodologiya, təlimat və qaydaların tələblərinin ekspert əsaslandırma ilə nəzərə alınmamasını təmin etmək;
- Bankın təsdiq etdiyi kredit siyasəti və müvafiq proseduralara və Risk iştahası tələblərinə əsasən kreditlərlə bağlı risk dərəcəsinin qiymətləndirilməsini aparmaq;
- Müştərinin maliyyə vəziyyətinin və gələcəkdə krediti qaytarmaq qabiliyyətinin yoxlanması, kredit reytinqlərini hesablamaq və müvafiq qərarı qəbul etmək;
- Ədalətli kredit reytinqlərinin təmin olunması üçün kredit riskinin həqiqi keyfiyyətini əks etdirən ekspert rəyinin verilməsi səlahiyyəti və cavabdehliyi daşımaq;
- Müsbət rəy verdiyi kreditlərin icrasına nəzarət etmək. Erkən xəbərdarlıq siqnalına əsasən təklif edilmiş strategiyaya rəy vermək;
- Kreditlərin Strukturlaşdırılması Departamenti tərəfindən daxil olmuş standard sifarişlər üzrə ehtiyat cədvəllərini yaratmaq və Kredit Kontrol departamenti tərəfindən təqdim olunan ehtiyat cədvəllərini yoxlamaq, müştərilərə düzgün ehtiyatları təsdiq etmək;
- Xidmət Səviyyəsi Müqavilələrinə əsasən hər kredit müraciəti üçün kredit riskləri üzrə anderraytinqi tamamlamaq və vaxtında icra etmək;
- Birbaşa rəhbər tərəfindən verilən digər şifahi və yazılı tapşırıqlar.
Tələblər
- Təhsil: Maliyyə, Bank işi, iqtisadiyyat və ya digər müvafiq sahə üzrə Bakalavr təhsili.
- İş təcrübəsi: Kredit, Risk, Maliyyə təhlili və ya müvafiq sahə üzrə 2-4 il iş təcrübəsi
- Lisenziya/ Sertifikat: Risk menecment, ACCA (Sertifikatlaşdırılmış mühasiblər assosiasiyası), CFA üzrə Sertifikatlara üstünlük verilir.
- Xarici dil: İngilis dili (səlis), Rus dili (orta) üstünlük verilir
- Kompüter bilikləri: Microsoft Office
- İqtisadi/bazar bilikləri : Azərbaycan, Rusiya və Türkiyə iqtisadiyyatı üzrə ümumi biliklərin olması
- Digər : Maliyyə sahəsi, bank qanunvericiliyi və regulyator tələblər üzrə biliklər. Maliyyə təhlili, mühasibatlıq və bankçılıq üzrə təcrübə.
Oxşar vakansiya siyahısı:
Mühasib
Hajigabul Poultry Farm Company Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
900 — 1100 ₼
1C operatorCamal LTD şirkəti 1C operator vəzifəsi üzrə vakansiya elan edir. Məsulliyyətli, ciddi və işguzar olmalıdır. ...
900 — 1100 ₼
1C operatorCamal LTD şirkəti 1C operator vəzifəsi üzrə vakansiya elan edir. Məsulliyyətli, ciddi və işguzar olmalıdır. ...
Əməliyyat risklərinin idarə edilməsi üzrə aparıcı/baş mütəxəssis
Premium Bank Əməliyyat risklərinin idarə edilməsi üzrə aparıcı/baş mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...