Qısa məzmun
Ə/h razılaşma yolu ilə. AccessBank Korporativ satışlar üzrə Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. Bank məhsullarını dərindən bilməlidir.
Əsas öhdəlikləri:
- Mümkün olan satış kanalları vasitəsilə korporativ müştərilərin cəlb olunması;
• Yeni Korporativ müştərilərlə görüşlərin təyin edilməsi ilə yanaşı cari müştəriləri vaxtaşırı monitorinqi;
• Cari məhsulların satışının stimullaşdırılmasını və artırılmasını təmin edəcək təkliflərin reallaşdırılması;
• Satışların artırılması, bank məhsullarının təbliğ olunması üzrə tədbirlərin həyata keçirilməsi;
• Kredit və qeyri-kredit məhsullarının satışı, kross-satışların həyata keçirilməsi;
• Bank məhsulları və maliyyə məsələləri üzrə müştərilərə konsultasiyaların verilməsi;
• Satış üzrə təyin olunmuş planın icra olunması.
Namizədlərə tələblər:
- Ali təhsil;
- Bankda korporativ satış xidmətləri üzrə ən minimum 1 illik təcrübə;
- Azərbaycan, Rus və ya ingilis dillərini bilmək;
- Kompüter bilikləri: Microsoft Office;
- Bank məhsullarını dərindən bilmək;
- Analitik düşünmə bacarığı;
- Ünsiyyətcil, məsuliyyətli, kreativ və operativ;
İşə peşəkar yanaşma və işdən kənar vaxtlarda bank haqqında müsbət rəy formalaşdırmaq bacarığı.
Maraqlanan şəxslər öz CV formalarını cv@accessbank.az elektron poçt ünvanına göndərə bilər.Xahiş olunur CV göndərdikdə “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın adını qeyd edəsiniz.
Oxşar vakansiya siyahısı:
Audit
BOKT “Falcon Finance” MMC Audit vəzifəsi üzrə vakansiya elan edir. ...
Komplayens şöbəsinin mütəxəssisi
BOKT “Falcon Finance” MMC (Bakı filialı) Komplayens şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...