Qısa məzmun
Performance Center Co Korporativ Satış və texniki xidmət şöbəsinin rəhbəri (Avtomobil servisi bölməsi) vəzifəsi üzrə vakansiya elan edir
İş haqqında məlumat:
- Tabeçiliyində olan mütəxəssislərin işini koordinasiya etmək, onların fəaliyyətinə və iş planının icrasına nəzarət etmək;
- Korporativ müştərilərlə əlaqələrin qurulmasını, Şirkətin avtomobil servisi bölməsinin ehtiyat hissələri və texniki xidmətlərinin səmərəli satışının yüksək səviyyədə təmin olunmasını təşkil etmək;
- Tenderlərin izlənilməsi və uyğun tenderə qoşulmanın təminatı;
- Bazarın təhlili,araşdırmaların və monitorinqlərin aparılmasının təşkili;
- İşgüzar yazışmaların həyata keçirilməsi və korporativ danışıqların aparılması;
- Müqavilə şərtləri haqqında danışıqların aparılması və müqavilələrin rəsmiləşdirilməsi;
- Korporativ müştərilərin loyallığının təmini üzrə tədbirlər həyata keçirmək;
- Ümumi fəaliyyətə dair İdarə Heyətinə hesabatların verilməsi;
- Korporativ satış dövriyyəsinin artırılması hədəfinə çatmaq üçün əlaqədar struktur bölmələr ilə birlikdə müvafiq tədbirlər planı hazırlamaq və həyata keçirilməsini təşkil etmək;
- Avtomobil Servisi bölməsində Ehtiyat hissələrinin satışını və texniki xidmətləri stimullaşdırmaq üçün alternativ təkliflərin hazırlanıb təqdim edilməsi;
- Korporativ müştərilərin hesab dövriyyələrinə nəzarət etmək, borc üzləşmələrinin aparılmasını təmin etmək.
Namizədə qarşı tələblər:
- Ali təhsil
- Yaş: 30-40
- Korporativ satışda rəhbərlik üzrə 2 il iş təcrübəsi
- İdarəetmə bacarığına malik olmalı
- Azərbaycan, rus və ingilis dillərində səlis danışıq
- Avtomobilin quruluşu və istismarı üzrə kifayət qədər biliyə malik olmaq
- Təqdimat bacarığının olması
- Səliqəli xarici görünüş, nəzakətli danışıq, ünsiyyətcil, yüksək nitq qabiliyyətli
- Dəqiq, intizamlı və işinə qarşı məsuliyyətli olmaq
- Avtomobil bazarı haqqında geniş informasiyaya sahib namizədlərə üstünlük veriləcək.
İş şərtləri:
- Həftədə 5 iş günü, saat 09:00-18:00
- Əmək haqqı: 2000-2300AZN
Qeyd olunan tələblərə cavab verən namizədlərdən öz CV-lərini məktubun mövzu hissəsində “Korporativ Satış və texniki xidmət şöbəsinin rəhbəri” qeyd etməklə elektron ünvanına göndərmələri xahiş olunur. Yalnız yuxarıdakı tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Oxşar vakansiya siyahısı:
Uragan-Group Satış menceri vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A Şirkətlər Qrupu Korporativ satış meneceri vəzfifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A Şirkətlər Qrupu Satış təmsilçisi- Fasad cəbhə sistemləri üzrə vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A Şirkətlər Qrupu Satış təmsilçisi vəzifəsi üzrə vakansiya elan edir. ...