Qısa məzmun
Ə/h razılaşma yolu ilə. METAKKorporativ satış üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. Nahar şirkət tərəfindən verilir.
Fəaliyyətinə 1997-ci ildə başlayan “METAK” şirkəti bu gün ölkənin böyük istehsalat şirkətlərindən biridir. Hər il artan məhsul çeşidləri sırasında polad və plastik borular, birləşdirici hissələr, plastik yeşik və konteynerlər, intensiv bağçılıq və kənd təsərrüfatı üçün məhsullar və s. daxildir.
“METAK” şirkəti həmçinin Balaxanı və Neftçala Sənaye parklarının, Sumqayıt Kimya Sənaye Parkının rezidentidir.
Bütün uğurlarımıza əməksevər, peşəkar kollektivimiz sayəsində nail olduğumuza əminik. 800-dən çox əməkdaşımızla qarşımıza daha da böyük hədəflər qoyub onlara doğru irəliləyirik.
Korporativ satış üzrə mütəxəssis
İşin təsviri:
- Potensial korporativ müştərilərin cəlb edilməsi, müştəri bazasının formalaşdırılması və mövcud korporativ müştərilərlə əlaqələrin möhkəmləndirməsi sahəsində işlərin aparılması;
- Müştərilərlə işgüzar və korporativ danışıqların aparılması;
- Satışın artırılması məqsədilə müştərilərin müvafiq məlumatlarla təmin edilməsi: əyani nümayişlər, kataloqlar, reklam materialları, qiymətlər və s.;
- Bazarın, rəqiblərin araşdırılması, analizlərin aparılması və tələbatın müəyyənləşdirilməsi;
- Yeni və mövcud layihələr üzrə satış strategiyasının hazırlanması, planların və layihələrin işlənilməsi və həyata keçirilməsi;
- Korporativ satış planının yerinə yetirilməsi.
Tələblər:
- Ali təhsil;
- İş təcrübəsi: ən azı 3 il (Korporativ satış sahəsində təcrübəsi olanlara üstünlük verilir);
- Yaş həddi – 25-35;
- Azərbaycan, ingilis və rus dillərini səlis bilməlidir;
- Microsoft Office proqramları üzrə biliklər;
- İdarəetmə qabiliyyətli, məsuliyyətli və güclü analitik olmalıdır;
- Müştəriyönümlü satış etmək bacarığı olmalı;
- Liderlik keyfiyyətlərinə malik olmalı.
Maraqlananlar saytda https://www.metak.az/resume/resume.php?vid=84 onlayn-anketi dolduraraq və ya hr@metak.az ünvanına CV göndərərək 15.01.2021 – ci il tarixinə kimi müraciət edə bilərlər.
Oxşar vakansiya siyahısı:
AzəriMed QSC Tibbi Nümayəndə vəzifəsi üzrə vakansiya elan edir. ...
AzeriMed LLC Satış meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...
Zuleykha Accessories aksesuar mağazalar şəbəkəsi Kargüzar vəzifəsi üzrə vakansiya elan edir. ...
Zuleykha Accessories aksesuar mağazalar şəbəkəsi Satış Məsləhətçilərini işə qəbul edir. ...
AzeriMed LLC Satış meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...
Askona MMC şirkəti Satış meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...
AzeriMed LLC Parfümeriya üzrə satış təmsilçisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Inci Group of Companies LLC Ekspeditor vəzifəsi üzrə vakansiya elan edir. ...
Supertoys Satış təmsilçisi vəzifəsi üzrə vakansiya elan edir. ...