Qısa məzmun
Ə/h razılaşma yolu ilə. QalaGroup MMC Korporativ satış üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. Yüksək ünsiyyət və davranış keyfiyyətlərinə malik olmalıdır.
- İş yeri : “Qala Group” MMC
Vəzifə: Korporativ satış üzrə mütəxəssis
İş barədə məlumat:
- Yeni və mövcud müştərilər (sifarişçilər) üzrə məlumat bazasını aparmaq;
- Potensial müştərilərin axtarışını həyata keçirmək və onlarla görüşlər təşkil etmək;
- Müştərilərin tələblərini nəzərə alaraq, uyğun təkliflər təqdim etmək;
- Xidmətlər haqqında müştərilərin (sifarişçilərə) bütün suallarını cavablandırmaq və dəqiq məlumat almasında köməklik göstərmək;
- Yeni müştərilərin cəlb edilməsi məqsədilə müxtəlif biznes nümayəndələri ilə görüşlər keçirmək;
- Sifarişçilər ilə daim ünsiyyətdə olmaq, tələbatlarını öyrənmək, sorğu və təkliflərini aidiyyatı üzrə müvafiq strukturlara yönləndirmək;
- İşlədiyi şöbənin fəaliyyəti ilə bağlı bilavasitə öz rəhbərinin xidməti tapşırıqlarını yerinə yetirmək;
- Gündəlik, həftəlik və aylıq hesabatları hazırlamaq.
Namizədə tələblər:
- Ali təhsil;
- Müvafiq sahə üzrə 1-3 il iş təcrübəsi;
- Microsoft Office proqramlarında işləmək bacarığı;
- Dil bilikləri: Azərbaycan dili (əla), rus dili (əla), ingilis dili (üstünlükdür);
- Analitik təhlil bacarığı;
- Ünsiyyət qurma və komanda şəklində işləmək bacarığı;
- Fikrini dəqiq və əminliklə təqdim etmə bacarığı;
- Yeniliyə açıq və inkişafa meyilli.
Şərtlər:
- 5 günlük iş qrafiki (9.00-18.00)
- Azərbaycan Respublikasının əmək məcəlləsinə uyğun qeydiyyat.
- Əmək haqqı işçinin bilik səviyyəsinə uyğun bir müsahibə əsasında müəyyən ediləcək.
Xahiş olunur şəkilli CV-ləri hr@qalagroup.az e-mail ünvanına göndərin və mövzuda vakansiyanın adın“Korporativ satı üzrə mütəxəssis” qeyd edin.
Oxşar vakansiya siyahısı:
Satış Meneceri
Home School Satış meneceri üzrə vakansiya elan edir. Müştərilərlə işləmək qabiliyyəti olmalıdır. ...
Nəzarətçi-operator
Abşeron-Şərab ASC Nəzarətçi-operator vəzifəsi üzrə vakansiya elan edir. ...
500 — 600 ₼
SatıcıSuper Toys Satıcı vəzifəsi üzrə akansiya elan edir. Azərbaycan dilində sərbəst danışmalıdır. ...