Korporativ satış şöbəsinin rəhbəri
vakansiya — 2025

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

BERC GROUP Korporativ satış şöbəsinin rəhbəri vəzifəsi üzrə vakansiya elan edir.

BERC GROUP korporativ satış (B2B) istiqamətini inkişaf etdirəcək, satış komandasına rəhbərlik edəcək və strateji müştərilərlə uzunmüddətli əməkdaşlıqlar quracaq Satış Şöbəsinin Rəhbəri (Korporativ) axtarır. Bu vəzifə biznesin böyüməsinə birbaşa təsir edən əsas roldadır.

Əsas öhdəliklər

  • B2B satış komandası ilə işləmək və komandaya rəhbərlik etmək
  • Korporativ müştərilərlə əlaqələrin qurulması və inkişaf etdirilməsi
  • Şirkətin B2B satış strategiyasını hazırlamaq və icrasını təmin etmək
  • Yeni biznes imkanlarının müəyyən olunması və satış həcminin artırılması
  • Tender və kommersiya təkliflərinin hazırlanması və təqdim edilməsi
  • Satış proseslərinin optimallaşdırılması və effektivliyin artırılması
  • Aylıq/illik satış planlarının hazırlanması və icrasına nəzarət
  • Müştəri məmnuniyyətinin təmin edilməsi və uzunmüddətli əməkdaşlıqların qurulması
  • Satış nəticələrinin təhlili və rəhbərliyə hesabatların təqdim edilməsi

Tələb olunan bilik və bacarıqlar

  • Korporativ satış (B2B) sahəsində ən azı 5 il iş təcrübəsi, o cümlədən rəhbər vəzifədə minimum 2 il təcrübə
  • Strateji düşüncə və satış üzrə planlama bacarığı
  • Müştəri yönümlü yanaşma və danışıqlar aparmaq bacarığı
  • Tender və müqavilə prosesi üzrə biliklər
  • CRM sistemləri ilə işləmək təcrübəsi
  • Azərbaycan dilində səlis danışıq, ingilis və rus dili bilikləri üstünlükdür

BERC Group MMC sizə nə vəd edir?

  • Sahibkarlar və rəhbərlərlə işgüzar münasibətlər;
  • Rəqabət qabiliyyətli əmək haqqı (tarif maaşı + bonus) ;
  • Peşəkar korporativ satış təcrübəsi əldə etmək imkanı;
  • Korporativ nömrə və danışıq paketi.
  • İdman güzəştləri (Cəmiyyətin ofisində fəaliyyət göstərən fitnes mərkəzdən istifadə imkanı)

Qeyd: Namizədlərin bilik və bacarıqlarına uyğun olaraq kiçik mütəxəssis, mütəxəssis, aparıcı mütəxəssis və baş mütəxəssis vəzifələri təklif edilə bilər.

Uyğun namizədlər 17.11.2025-ci il tarixinədək aşağıdakı linkdən istifadə edərək vakansiya üzrə müraciət edə bilərlər:

https://form.berc.az/crm_form_y2ndb/

Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.

Əmək haqqı namizədin bilik və bacarığına əsasən müsahibə əsasında təyin ediləcəkdir.

Qeyd: İlkin müraciətlər əsasında son müraciət tarixindən daha tez müsahibə təşkil edilə bilər.

Şirkət haqqında

“BERC Group” MMC biznes tədqiqatlarının aparılması, bizneslərin qurulması və idarə edilməsi, eləcə də bu sahələrdə məsləhət xidmətlərinin göstərilməsi, biznes mühitində tələb olunan praktik bacarıqlara malik kadrların hazırlanmasında ixtisaslaşmış biznes xidmətləri ekosistem şirkətidir.

Veb sayt :      www.berc.az

Ünvan: Bakı şəh, Nəsimi rayonu,Tbilisi prospekti, 3007-ci məhəllə, 44C

Əlaqə nömrəsi: +994 12 310 53 45, +994 10 310 53 45, +994 51 201 33 26

Oxşar vakansiya siyahısı:

800₼
Promouter/Tanıtım nümayəndəsi

Caspident şirkəti Tanıtım vəzifəsi üzrə vakansiya elan edir. ...

Caspident şirkəti

20.10.2025 - Bakı

700 — 800 ₼
Satış məsləhətçisi

Zuleykha Accessories aksesuar mağazalar şəbəkəsi Satış Məsləhətçilərini işə qəbul edir. ...

Zuleykha Accessories

20.10.2025 - Bakı

Satış Aqenti

189 Taxi Satış Aqenti vəzifəsi üzrə vakansiya elan edir. ...

189 Taxi

16.10.2025 - Bakı

Satış Məhsul üzrə menecer (Product manager)

AzeriMed LLC Məhsul üzrə menecer (Product manager) vəzifəsi üzrə vakansiya elan edir. ...

AzəriMed QSC

16.10.2025 - Bakı

Satış meneceri

AzeriMed LLC Satış meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...

AzəriMed QSC

16.10.2025 - Bakı

Satış direktoru

Nero Print Satış meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...

Nero Print

14.10.2025 - Bakı

Satıcı

İnci Group Of Commpanies Satıcı vəzifəsi üzrə vakansiya elan edir. ...

İnci Group of Companies

13.10.2025 - Bakı, Sumqayıt

Optik Tibbi Nümayəndə

AzeriMed LLC Parfümeriya üzrə satış təmsilçisi vəzifəsi üzrə vakansiya elan edir. ...

AzəriMed QSC

13.10.2025 - Bakı

Parfümeriya üzrə satış təmsilçisi

AzeriMed LLC Parfümeriya üzrə satış təmsilçisi vəzifəsi üzrə vakansiya elan edir. ...

AzəriMed QSC

13.10.2025 - Bakı

Tibbi nümayəndə

AzəriMed QSC Tibbi Nümayəndə vəzifəsi üzrə vakansiya elan edir. ...

AzəriMed QSC

13.10.2025 - Bakı

600 — 700 ₼
Satıcı

\Supertoys oyuncaq mağazasının Sədərəkdə  yerləşən mağazasına satış təmsilçiləri tələb olunur. ...

Super Toys

06.10.2025 - Bakı

600 — 700 ₼
Korporativ Satış üzrə Mütəxəssis

Super Toys  Korporativ Satış üzrə Mütəxəssis vəzifəsi üzrə akansiya elan edir. ...

Super Toys

06.10.2025 - Bakı