Qısa məzmun
Ə/h 700 AZN. Azmerika LLC Korporativ satış nümayəndəsi vəzifəsi üzrə vakansiya elan edir. Əlavə olaraq rus dili bilənlərə üstünlük verilir.
AZMERIKA LLC – Amerika (AMSOİL) , Kanada (Petro-Canada) , Rusiya (RA-8) mühərrik yağlarının distribyusiyasını təşkil edir .
Azmerika şirkəti “Korporativ satış nümayəndəsi” vakansiyası elan edir.
Namizədə verilən tələblər:
- Təhsil – Ali
- Yaş – 25-35
- Yalnız kişi namizədlər
- Səlis Azərbaycan dilini bilməsi (əlavə olaraq rus dili bilənlərə üstünlük verilir)
- Xoş və səliqəli zahiri görünüş
- Yüksək danışıq qabiliyyəti, fikirini aydın izah etmə və aktiv satış bacarığı
- Səbrli və nəzakətli
- İşgüzar və hədəf yönlü
- Gərgin mühit və qrafikdə səmərəli işləmə bacarığı
- Məsuliyyətli, dürüst və ünsiyyət qurma bacarığı, alıcılara nəzakətli rəftar
- Kollektiv ilə işləmə bacarığı
Tələb olunan vəzifələr :
- Şöbənin korporativ satış hədəfinə çatması üçün verilən tapşırıqları icra etmək;
- Müəssisənin ümumi strateji planı çərçivəsində korporativ satış siyasətini icra etmək;
- Korporativ satış üzrə bütün kanallarla işləmək;
- Müəyyən edilən qiymət siyahıları, təşkil olunan kampaniyalar və elanlar haqqında müştərilərı məlumatlandırmaq;
- Korporativ müştərilərin axtarılması və onlar haqqında ətraflı məlumatların toplamaq;
- İşgüzar görüşlərdə iştirak etmək.
- Şəxsi avtomobilinin olması vacibdir.
- İş saatı – 09.00 – 18.00 (6 gün)
Əmək haqqi: 700 AZN + bonus
Yuxarıda qeyd olunan tələblərə uyğun gələn namizədlərdən mövzu yerində “Korporativ satış nümayəndəsi” qeyd edərək öz CV-lərini hr@azmerika.az elektron ünvanına göndərməyiniz xahiş olunur.
Oxşar vakansiya siyahısı:
Uragan-Group Satış menceri vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A Şirkətlər Qrupu Korporativ satış meneceri vəzfifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A Şirkətlər Qrupu Satış təmsilçisi- Fasad cəbhə sistemləri üzrə vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A Şirkətlər Qrupu Satış təmsilçisi vəzifəsi üzrə vakansiya elan edir. ...