Qısa məzmun
Office Lines Korporativ satış meneceri vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifə öhdəlikləri:
- Təyin olunmuş satış planlarına əsasən “Office Lines” MMC -ni təmsil edərək aylıq satış hədəfləri yerinə yetirmək;
- Yeni müştərilərin axtarışı, cəlb edilməsi və müqavilələrin imzalanma prosesinə rəhbərlik etmək;
- Mövcud müştəri bazasını idarə etmək, sənədləşmə, hesabların yazılması, borcların gecikmədən ödənilməsinə nəzarət etmək, müvafiq dəstək göstərmək;
- Müştəri ehtiyaclarını qarşılamaq üçün texniki heyət və digər daxili işçilərlə aparılan işlərdən məlumatlı olmaq və dəstək olmaq;
- Müştərilərə məhsulun keyfiyyəti, tərkibi və digər fərqləndirici xüsusiyyətləri barədə məlumat verilməsi;
- Müştərilərlə sıx əlaqədə olmaq, onların ehtiyac və tələblərini analiz etmək;
- Satışın inkişaf etdirilməsi və optimallaşdırılması üçün təkliflər hazırlayıb təqdim etmək;
- Ünsiyyət prosedurlarına, qaydalarına və siyasətinə riayət etmək;
- Şirkətə aid məlumatın məxfiliyinin qorunması;
- Əmək funksiyalarının icrasını təmin etmək məqsədi ilə birbaşa və şöbə rəhbərləri tərəfindən verilən şifahi, yazılı göstərişlərin və mövcud şirkətdaxili qaydaların icrası.
Tələblər:
- Təcrübə: Korporativ satış və müştəri xidməti sahəsində ən azı 1 il iş təcrübəsi;
- Dil bilikləri: Azərbaycan, (Rus və İngilis dilləri arzuolunandır)
- Kompüter bacarıqları: Outlook, Excel, Word, Power Point tətbiqi proqramlarında işləmə bacarığı;
- 1C və Bitrix24 proqramlarında işləmə bacarığına üstünlük verilir;
- Təşəbbüskarlıq, operativlik, punktuallıq və kreativlik;
- Gündəmi izləmək, analiz etmək və yüksək qiymət araşdırması aparmaq qabiliyyəti;
- Şifahi və yazılı ünsiyyət qurmaq, işgüzar danışıqların aparılması və təqdimat etmək bacarıqları;
- Komanda isə işləmək bacarığına sahib olmaq
İş şəraiti:
- Azərbaycan Respublikası əmək məcəlləsinə uyğun sənədləşmə
- İş yeri: Bakı şəhəri, Sabunçu rayonu, Bəşir Bünyadov 3T (Koroğlu metro stansiyasının yaxınlığında)
- İş qrafiki: 09:00-18:00
- Nahar və korporativ nömrə şirkət tərəfindən təmin olunur
- Əmək haqqı: 700 – 1200 AZN + BONUS (Əmək haqqı namizədə uyğun razılaşma əsasında)
Müraciət etmək üçün:
- Namizədlər CV-lərini “Korporativ satış meneceri” başlığını qeyd etməklə, elektron poçt ünvanına göndərə bilərlər.
Oxşar vakansiya siyahısı:
1800₼
Regionlar üzrə satış müdiriİceland şirkət Regionlar üzrə satış müdiri vəzifəsi üzrə vakansiya elan edir. ...
Satıcı-kassir
Azərbaycan Supermarket MMC Satıcı-kassir vəzifəsi üzrə vakansiya elan edir. ...
700 — 800 ₼
Satış məsləhətçisiZuleykha Accessories aksesuar mağazalar şəbəkəsi Satış Məsləhətçilərini işə qəbul edir. ...
Merçandayzer ( QUBA ərazisi üzrə)
İnci Group Of Commpanies Merçandayzer ( QUBA ərazisi üzrə) vəzifəsi üzrə vakansiya elan edir. ...
Pərakəndə SatışSığorta üzrə Sığorta Məsləhətçisi
Atəşgah sığota Pərakəndə SatışSığorta üzrə Sığorta Məsləhətçisi vəzifəsi üzrə vakansiya elan edir. ...