Korporativ satış üzrə mütəxəssis
vakansiya — 2023

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

LİBRAFF MMC Korporativ satış üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.

Namizədə tələblər:

  • Təhsil: Ali
  • Müştəri xidmətləri, korporativ\B2B satış sahəsində iş təcrübəsi
  • Dil bilikləri: Azərbaycan dili mükəmməl səviyyədə, Rus və İngilis dili biliyi arzuolunandır

Tələb olunan bacarıqlar:

  • Mükəmməl şifahi və yazılı ünsiyyət qurmaq bacarığı
  • Fikrini dəqiq, aydın ifadə etmə bacarığı
  • Məsuliyyətli, operativ, işə həvəslə yanaşan
  • Komputer proqramlarından istifadə etmək bacarığı (MS Word, Excel, PowerPoint, Outlook)

Əsas vəzifə öhdəlikləri:

  • Tender və kotirovka sorğuları üzrə korporativ sifarişlərin hazırlanmaq və icra etmək;
  • Potensial korporativ müştərilərin axtarışını həyata keçirmək və onlarla görüşlər keçirmək;
  • Mövcud korporativ tərəfdaşları daim diqqətdə saxlamaq və sorğular göndərmək;
  • Müvafiq portallarda tender layihələrini mütəmadi izləmək;
  • Müştərilərin tələblərini nəzərə alaraq məhsulların mövcudluğunu yoxlamaq, təkliflər hazırlayıb təqdim etmək;
  • Şirkət və şirkətin məhsulları barəsində mükəmməl biliyə malik olmaq;
  • Aylıq satış planını yerinə yetirmək;
  • Müştəri bazasını daim genişləndirmək, uçotunu aparmaq, iş proseslərin, danışıqların statuslarını nəzarətdə saxlamaq.

İş yeri, qrafik və digər şərtlər:

  • İş vaxtı 09:00 – 18:00
  • İş günü 5/2
  • İş yeri: Pullman otel (Badamdar)
  • Şirkət tərəfindən korporativ nömrə verilir
  • Əmək haqqı namizədin bilik və bacarıqlarına əsasən təyin olunacaq (ə\h fix +satışdan bonuslar)
  • Sınaq müddətindən sonra şirkətin məhsullarına endirim tətbiq olunur

Şirkət haqqında:

2017-ci ildə təsis olunmuş “LIBRAFF” qısa bir zaman ərzində Azərbaycan kitab ticarəti sahəsində bir brend kimi təqdir olunan ən böyük modern kitab mağazaları şəbəkəsidir. Şirkət Bakı şəhərində 5, Gəncə və Sumqayıt şəhərlərində də mağazaları ilə təmsil olunur. Oxucular aldıqları kitabları mağazalarda fəaliyyət göstərən “STORIES COFFEE” kafe şəbəkəsinin xidmətlərindən faydalanaraq rahat mütaliə edə bilirlər.

Müraciət üçün e-mail: human.resources@libraff.az
Qeyd: müraciət zamanı mövzu başlığında vakansiyanın adını qeyd etmək tövsiyyə olunur.

Oxşar vakansiya siyahısı:

500₼
Satış təmsilçisi

Ə/h 500 AZN + bonus. Zeta Group “Satış təmsilçisi” vəzifəsi üzrə vakansiya elan edir. ...

Zeta Group

25.05.2023 - Bakı

Korporativ satış mütəxəssisi

İnci Group of Companies Korporativ satış mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...

İnci Group of Companies

23.05.2023 - Bakı

Korpotativ satış mütəxəssisi

AZ Dizayn Group Korpotativ satış mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...

AZ Dizayn Group

22.05.2023 - Bakı

400₼
Satıcı Köməkçisi

Ə/h 400 AZN. Balli Bisi MMC vəzifəsi üzrə Satıcı Köməkçisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Balli Bisi MMC

22.05.2023 - Bakı

442₼
Satıcı-konsultant

BrandMart QSC (DeFacto) Satıcı-konsultant vəzifəsi üzrə vakansiya elan edir. ...

BrandMart QSC

18.05.2023 - Bakı

450 — 500 ₼
Satıcı

Supertoys şirkəti Satıcı vəzifəsi üzrə vakansiya elan edir. ...

Super Toys

11.05.2023 - Bakı

450 — 500 ₼
Satıcı

Super Toys Satıcı vəzifəsi üzrə akansiya elan edir. Azərbaycan dilində sərbəst danışmalıdır. ...

Super Toys

11.05.2023 - Bakı

10 AZN24 saat
CV sifariş et