Qısa məzmun
Bakcell Korporativ Satış Mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir.
Vakansiya haqqında:
Funksiya: B2B Satış
İş qrafiki: Standart
Son müraciət tarixi: 14.07.2022
Sizin əsas vəzifə öhdəlikləriniz:
- Korporativ müştərilər ilə danışıqlar aparmaq və Bakcell məhsul və xidmətlərini təklif etmək
- Təyin olunmuş satış planlarına əsasən aylıq və rüblük satış hədəfləri yerinə yetirmək
- Mövcud korporativ müştərilərə əlavə məhsul və xidmətləri təklif etmək
- Korporativ müştərilər ilə müqavilə bağlamaq
- Mövcud korporativ müştəri bazasını idarə etmək və müvafiq dəstək göstərmək
- Həftəlik, aylıq və rüblük hesabatlar hazırlamaq
Sizdən tələb olunan təhsil və iş təcrübəsi:
- Ali təhsil
- Korporativ Satış sahəsində 2-3 il iş təcrübəsi
Sizdən tələb olunan bacarıq və səriştəliklər:
- Ünsiyyət qurma bacarığı
- Danışıqlar apara bilmək qabiliyyəti
- Müştəri yönümlülük
- MS Office Proqramlarını bilmək
- Azərbaycan (səlis), Rus (səlis) və İngilis (səlis) dillərini bilmək
Müraciət etmək üçün:
CV-nizi e-mail ünvanına göndərməyinizi xahiş edirik.
Başlıqda “Korporativ Satış Mütəxəssisi’’ qeyd olunmayan müraciətlər nəzərə alınmayacaqdır.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Oxşar vakansiya siyahısı:
Uragan-Group Satış menceri vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A Şirkətlər Qrupu Korporativ satış meneceri vəzfifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A Şirkətlər Qrupu Satış təmsilçisi- Fasad cəbhə sistemləri üzrə vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A Şirkətlər Qrupu Satış təmsilçisi vəzifəsi üzrə vakansiya elan edir. ...