Korporativ Satınalma meneceri
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. Ricon MMC Korporativ Satınalma meneceri vəzifəsi üzrə vakansiya elan edir. Rus və ya ingilis dilini bilənlərə üstünlük veriləcək.

Vəzifə təlimatı:

  • Daxili və xarici bazarları araşdırmaq.
  • Daxili və xarici bazardan tədarük ediləcək mal və xidmətlərin alqı-satqısı ilə məşğul olan firmaları aşkarlamaq və firmalar haqqında lazım olan ətraflı məlumat əldə etmək.
  • Tikinti fəaliyyətlərinin idarə olunması üçün lazım olan mal və xidmətləri, prosedurlar daxilində alqı-satqı qaydalarına uyğun olaraq bazar fəaliyyətlərini izləyərək ən qısa müddətdə və lazımi keyfiyyətdə bazardan təmin etmək.
  • Daxili və xarici bazardan tədarük ediləcək mal və xidmətlərlə əlaqədar müqavilələrin hazırlanmasını
  • Satınalma işlərini prosedura uyğun olaraq həyata keçirmək.
  • Etibarlı təchizatçıların siyahısını hazırlayır və daimi olaraq həmin siyahıya əlavə və dəşikliklərin edilməsini nəzarət altında saxlayır.
  • Yerinə yetirilmiş bütün sifarişlərin “Excel” proqramında uçotunun aparılmasını və müvafiq tikinti sahələri üzrə qovluqlara yerləşdirilməsini həyata keçirir,
  • Müəssisəyə mədaxil və məxaric edilən hər növ vəsaitin anbar girişləri və çıxışlarını sistemli şəkildə hıyata keçirilməsini təmin etmək, sənədləşməsini aparmaq və mühasibatlıqa təqdim etmək.
  • Gəlir-xərc məlumatlarını müvafiq qaydada yeniləmək, təhvil-təslim aktları hazırlamaq və vaxtı vaxtında mühasibatlıqa hesabat vermək , sifariş və xərclərini əsaslandırmaq, təşkilatın fəaliyyət məqsədlərinə uyğunluğunu təmin etmək;
  • Satınalmaların qeydiyyatını aparmaq İSO keyfiyyət sisteminin tələblərinə uyğun işləmək;
  • Tender təkliflərini analiz etmək; ucuz qiymət və sərfəli şərtlərin əldə edilməsi üçün təchizatçılarla danışıqlar aparmaq;
  • Müqavilələr üzrə danışıqlar aparmaq və müvafiq şöbələrlə birgə müqavilələr hazırlamaq;
  • Xarici və yerli şirkətlər və müştərilər ilə yazışmaların aparılması və uzunmüddətli əlaqələrin yaradılmasını təmin etmək;
  • Şirkətin platformasına müvafiq sahələrdə layihələrin araşdırması, tenderlərdə iştirak, iri proyektlərin cəlb edilməsi;
  • Daimi yeni tenderların web saytlarda yerləşdirilməsinin izlənilməsi
  • Müştəri xidmətlərinin yaxşılaşdırılmasına dair layihələri təşkil və həyata keçirmək;
  • Bazarda tələb-təklifin araşdırılması və tələbin analizi;
  • Yerli və xarici satış kanallarının müəyyən edilməsi, habelə müvafiq istiqamətdə strategiya və inkişaf layihələrinin hazırlanaraq icra edilməsi;
  • Rəqiblərin aktivliyinin izlənilməsi
  • Şirkətin internet səhifəsinin izlənilməsi və sirkət haqqında yeniliklərin internet veb səhifəsində daima qeyd edilməsi; o cümlədən ( Fcebook, instagram).
  • Daxil olan tender təkliflərinin, kotirovkaların qeydiyyatını aparmaq və onların aidiyyatı üzrə saxlanılmasını təşkil etmək;
  • Dövlət və kommersiya təşkilatları tərəfindən elan edilmiş və şirkətin fəaliyyət sahəsi ilə uyğun olan tenderlərin müəyyən edilməsi;
  • Tender tələblərinin təhlil edilməsi və rəhbərliyə hesabatın hazırlanması;
  • Tələb olunan sənədlərin toplanması və icra üçün təqdim edilməsi;
  • Tender zamanı şirkəti təmsil etmək;
  • Tender təkliflərinin toplanması prosesinin idarə olunmasını təmin etmək və nəzarətdə saxlamaq;
  • Tender prosesini icra etmək və nəzarətdə saxlamaq;

Namizədə dair tələblər:

  • Ali təhsilli
  • Aidiyyatı sahə üzrə minimum 3 il iş təcrübəsi olmalıdır,
  • Microsoft Office proqramları, xüsusi ilə Microsoft Excel və Microsoft Word proqramlarında sərbəst işləməyi bacarmalıdır,
  • Güclü kommunikasiya və prezentasiya bacarıqları olmalıdır,
  • Rus və ya ingilis dilini bilənlərə üstünlük veriləcək
  • Ezamiyyə imkanları;
  • Ünsiyyət yaratmaq bacarığı;
  • İşə planlı yanaşması;
  • Fəal olması və komandada işləmək bacarığı.

İş haqqında məlumat:

  • Əmək Məcəlləsinə uyğun olaraq sənədləşmə :
  • İş yeri Bakı şəhəri
  • 6 günlük iş həftəsi : 09:00-18:00-dək , 6-ci gün 10:00-15:00dək

Vakansiya ilə maraqlanan şəxslərdən CV-lərini hr@ricon.az elektron ünvanına mövzu hissəsinə vəzifənin adını qeyd etməklə göndərmələri xahiş olunu, əks halda cv lərə baxılmayacaq.

Oxşar vakansiya siyahısı:

600₼
Anbardar

Sabah Group MMC Anbardar vəzifəsi üzrə vakaniya elan edir. ...

SABAH GROUP MMC

18.04.2024 - Bakı

Xarici Satınalma üzrə Mütəxəssis

ZH-GROUP MMC Xarici Satınalma üzrə Mütəxəssis vakansiyasıni elan edir ...

ZH-GROUP MMC

18.04.2024 - Bakı