Qısa məzmun
AIR Group Korporativ müştərilərlə iş şöbəsinə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
Namizədə tələblər:
- Təhsil:Ali
- Yaş həddi: 24-35;
- Kompüter biliyi: MS Office (Word, Excel, Outlook, PowerPoint);
- Azərbaycan və İngilis dilləri yüksək, Rus dili yaxşı səviyyədə olmalı;
- Qeyd olunan sahədə minimum 2 il iş təcrübəsi.
- Loyallıq proqramı ilə iş təcrübəsi üstünlükdür.
Namizədə tələblər:
- Düzgün şifahi nitq qabiliyyəti, ünsiyyət qurma bacarığı;
- Analitik düşünmə qabiliyyəti;
- Yenilikçi, kreativ olmaq, sahə üzrə trendləri görmək;
- Detallara diqqət etmək, yaradıcı və məsuliyyətli olmaq, təqib etməyi bacarmaq;
İş barədə məlumat:
- Müştərilər üçün təklif paketlərinin hazırlanması;
- Şirkətlərlə korporativ danışıqların aparılması;
- Satışların təşkili, planlaşdırılması və müqavilələrin bağlanması;
- Bazarın, rəqiblərin müntəzəm araşdırılması və təhlilinin aparılması;
- Görülən işlər barədə həftəlik, aylıq və illik hesabatların şöbə müdirinə təqdim edilməsi;
- Müştəri bazası və yerli bazardakı trendlərin təhlilinin aparılması, müştərilərin tələblərini öncədən praqnozlaşdırılması;
- Məqsədyönlü marketinq və loyallıq sahələrində yerli bazardakı dinamik trendlərin monitorinqi və təhlili;
- Hədəf qruplarının satış səviyyəsinin artırılması və digər məhsulların satışının icrasına təkan vermək üçün müvafiq bölmələr ilə əməkdaşlıq edilməsi ;
Əlavə məlumatlar:
- Əmək haqqı: Razılaşma ilə
- İş qrafiki: 5 gün, 09:00 – 18:00.
- Korporativ nömrə və danışıq balansı
- AR Əmək Məcəlləsinə əsasən rəsmiləşdirmə
Maraqlı namizədlərdən xahiş olunur ki, şəkilli CV-lərini e-mailin mövzu hissəsində “AZAL Club- Korporativ Müştərilərlə İş Şöbəsinə Mütəxəssis” sözlərini qeyd edərək e-ünvanına göndərsinlər.
mənbə: jobsearch.az
Oxşar vakansiya siyahısı:
Camal" LTD şirkəti Bölgə müdiri vəzifəsi üzrə vakansiya elan edir. ...
Arzum Beauty şirkəti Satış Təmsilçisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Ə/h razılaşma yolu ilə. İnci Group of Companies Bölgə Müdiri vəzifəsi üzrə vakansiya elan edir. ...
Dashyunu.az MMC Satış meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...
Sabah Group LLC Satış Məsləhətçisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Sabah Group LLC Inzibati işlər üzrə administrator vəzifəsi üzrə vakansiya elan edir. ...
SUPERFON Satıcı vəzifəsi üzrə vakansiya elan edir. ...