Korporativ müştərilərlə iş şöbəsinə təcrübəçi
vakansiya — 2025

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. Azərbaycan Beynəlxalq Bankı Korporativ müştərilərlə iş şöbəsinə təcrübəçi vəzifəsi üzrə vakansiya elan edir.

Azərbaycan Beynəlxalq Bankı Korporativ müştərilərlə iş şöbəsinə təcrübəçi axtarışındadır.

Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə Azərbaycan Beynəlxalq Bankı komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.

Azərbaycan Beynəlxalq Bankının komandasına qoşulun və bu üstünlüklərdən Siz də faydalanın:

  • Cənubi Qafqazın ən böyük bankında işləmək imkanı;
  • Beynəlxalq standartları yerli bazara gətirən qurumda potensialı reallaşdırmaq şansı;
  • Rəqəmsal həllərin, innovasiyaların tətbiqi sahəsində bazar liderinin əməkdaşı olmaq fürsəti;
  • Gənc və peşəkar kollektivdə çalışmağın üstünlüyü;
  • Yüksək komanda ruhunda əməkdaşlıq;
  • Karyera irəliləyişlərində hamıya yaradılan bərabər imkanlar;
  • Bankda həyata keçirilən transformasiya prosesində zəngin təcrübənin qazanılması;
  • Əməkdaşların yeni trendlərə uyğun təşkil olunan daxili və xarici təlimlərdə iştirakı;
  • Əməkdaşların beynəlxalq sertifikatlar əldə etməsi üçün həvəsləndirmə proqramı;
  • Bankdaxili aktiv sosial həyat.

Görəcəyiniz işlər:

  • Cari korporativ müştərilərə xidmətin göstərilməsi;
  • Yeni müştərilərin axtarışı və cəlbi;
  • Əmək haqqı kartları üzrə tərəfdaşların cəlb edilməsi;
  • Qarantiya veriləcək müştərilərin cəlbi.

Bizim üçün uyğun namizəd:

  • Ali təhsilli;
  • İnduktiv və analitik təhlil bacarığına sahib;
  • Yüksək səviyyədə kommunikasiya bacarığına sahib;
  • Komandada işləmək bacarığına sahib;
  • Problemləri həll etmə bacarığına malik olan şəxs.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini cv@ibar.az elektron ünvanına göndərə bilərlər.

Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Korporativ müştərilərlə iş şöbəsinə təcrübəçi” göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətiniz nəzərdən qaça bilər.

İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Əlavə məlumat üçün: www.ibar.az

Oxşar vakansiya siyahısı:

500 — 700 ₼
Əməliyyatçı

AzəriMed QSC Əməliyyatçı vəzifəsi üzrə vakansiya elan edir. ...

AzəriMed QSC

20.11.2025 - Bakı

600₼
Animator-Kuryer

 Supertoys Animator-Kuryer vəzifəsi üzrə vakansiya elan edir. ...

Supertoys

23.10.2025 - Bakı

Müştərilərə xidmət üzrə əməliyyatçı

Invest AZ QSC Müştərilərə xidmət üzrə əməliyyatçı vəzifəsi üzrə vakansiya elan edir.. ...

Invest AZ QSC

20.10.2025 - Bakı

500₼
Qeydiyyatçı

Arena Plaza Hotel & Apartments'ə Qeydiyyatçı vəzifəsi üzrə vakansiya elan edir. ...

Arena Plaza Hotel &

17.10.2025 - Bakı