Qısa məzmun
Bank Respublika ASC Korporativ Müştəri Xidməti üzrə mütəxəssis Bakı filialları vəzifəsi üzrə vakansiya elan edir.
Təsvir
- Bankın korporativ müştərilərinə xidmət etmək, istiqamət üzrə tələb olunan bütün sənədlərin rəsmiləşdirilməsini aparmaq;
- Əməliyyat proseslərini müvafiq qanunvericiliyə, prosedur və qaydalara uyğun icra etmək;
- Müştərilərə bankın məhsul və xidmətləri haqqında ətraflı, dolğun məlumat vermək;
- Çarpaz satış əməliyyatlarının həyata keçirilməsi və işin davamlılığını təmin etmək.
Tələblər
- Dil bilikləri: Azərbaycan dili – əla, Rus və İngilis dilləri arzuolunandır;
- Təqdim olunan məlumatlar əsasında təhlil etmə və düzgün qərarvermə bacarığı;
- Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə bacarığı;
- Yazılı və şifahi ünsiyyət qurmaq bacarığı;
- Operativ və çevik işləmə qabiliyyəti, məsuliyyətlilik;
- Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi;
- Komandada işləmək bacarığı.
Oxşar vakansiya siyahısı:
Mühasib
Güvənli MMC Mühasib vəzifəsi üzrə işçi qəbulu elan edir. ...
Audit
BOKT “Falcon Finance” MMC Audit vəzifəsi üzrə vakansiya elan edir. ...
Komplayens şöbəsinin mütəxəssisi
BOKT “Falcon Finance” MMC (Bakı filialı) Komplayens şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...