Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Kapital Bank Korporativ Kreditlərinin Təhlili Şöbəsinin Kiçik mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir.
Ümumi məlumat
Kapital Bank namizədləri Kredit Anderraytinqi Departamentinin Korporativ Kreditlərinin Təhlili Şöbəsinin Kiçik mütəxəssisi vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Öhdəliklər:
- Müştərilərin maliyyə və biznes təhlilini aparmaq;
- Borcalanın ödəmə qabiliyyətini qiymətləndirmək, maliyyə vəziyyətində baş verən dəyişiklikləri izləmək, sifarişin məqsədə uyğunluğunu və effektivliyini qiymətləndirmək;
- Kredit portfellərinin, gecikmələrin çıxarışları, maliyyə hesabatlarının hazırlanması.
Tələblər:
- İqtisadi, maliyyə və ya riyazi sahə üzrə ali təhsil;
- Analitik düşünmə qabiliyyəti;
Yüksək səviyyədə Excel bacarığı; - SQL üzrə biliklər
- Maliyyə hesabatlarının hazırlanması və təhlili qaydaları;
- Məsuliyyətlilik və detallara qarşı diqqətlilik;
- Rus və İngilis dili biliklərinin olması arzuolunandır;
- Bank sahəsində müvafiq sahə üzrə iş təcrübəsi arzu olunandır;
Biz Sizə stabil iş yeri, dinamik inkişaf və peşəkar kollektivdə çalışmaq imkanı təqdim edirik! Əgər təklifimiz Sizə maraqlıdırsa, hr.kapitalbank.az portalımızdan qeydiyyat keçərək vakansiyamıza müraciət edə bilərsiniz.
Oxşar vakansiya siyahısı:
BOKT “Falcon Finance” MMC Audit vəzifəsi üzrə vakansiya elan edir. ...
BOKT “Falcon Finance” MMC (Bakı filialı) Komplayens şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...