Korporativ kreditlərin rəsmiləşdirilməsi şöbəsi – Təcrübəçi
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Azərbaycan Beynəlxalq Bankı Korporativ kreditlərin rəsmiləşdirilməsi şöbəsinə təcrübəçi axtarışındadır.

Azərbaycan Beynəlxalq Bankı Korporativ kreditlərin rəsmiləşdirilməsi şöbəsinə təcrübəçi axtarışındadır.

Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə Azərbaycan Beynəlxalq Bankı komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.

Azərbaycan Beynəlxalq Bankının komandasına qoşulun və bu üstünlüklərdən Siz də faydalanın:

  • Cənubi Qafqazın ən böyük bankında işləmək imkanı;
  • Beynəlxalq standartları yerli bazara gətirən qurumda potensialı reallaşdırmaq şansı;
  • Rəqəmsal həllərin, innovasiyaların tətbiqi sahəsində bazar liderinin əməkdaşı olmaq fürsəti;
  • Gənc və peşəkar kollektivdə çalışmağın üstünlüyü;
  • Yüksək komanda ruhunda əməkdaşlıq;
  • Karyera irəliləyişlərində hamıya yaradılan bərabər imkanlar;
  • Bankda həyata keçirilən transformasiya prosesində zəngin təcrübənin qazanılması;
  • Əməkdaşların yeni trendlərə uyğun təşkil olunan daxili və xarici təlimlərdə iştirak;
  • Əməkdaşların beynəlxalq sertifikatlar əldə etməsi üçün həvəsləndirmə proqramı;
  • Bankdaxili aktiv sosial həyat.

Təcrübə müddətində öyrənəcəksiniz:

  • Kredit, kredit xətti, faktorinq, kredit limitlərinin və digər kredit məhsullarının rəsmiləşdirilməsi;
  • Akkreditiv və qarantiyaların rəsmiləşdirilməsi (örtüklü və örtüksüz);
  • Plastik kartlara limitlərin açılması;
  • Kredit modulu ilə iş (AƏS-üzərində);
  • Hesablar üzrə əməliyyatların aparılması;
  • Hesabatların hazırlanması;
  • Müştərilərə səyyar xidmətin göstərilməsi;
  • Notarius, sığorta və qiymətləndirmə şirkətləri ilə iş;
  • Filiallar ilə işin aparılması;
  • Fondlar ilə iş (SİF, İKZF, AKİA);
  • Yeni layihələr üzrə işin aparılması.

Bizim üçün uyğun namizəd:

  • Ali təhsilli ( İqtisadiyyat, Maliyyə, Biznesin idarə edilməsi və ya Riyaziyyat üzrə );
  • Ofis proqramları üzrə mükəmməl biliyə sahib;
  • Yazılı və şifahi ünsiyyət bacarığına sahib;
  • Fikrin strukturlaşdırılması və düzgün mətnləşdirilməsi qabiliyyətinə malik;
  • Dil bilikləri (Azərbaycan dili – əla; İngilis dili – yaxşı; Rus dili – yaxşı)
  • Kollektivlə aktiv işləmək bacarığına sahib olan şəxsdir,

Əgər axtardığımız namizəd sizsinizsə CV-nizi  cv@ibar.az  elektron ünvanına göndərə bilərsiniz.

Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Korporativ kreditlərin rəsmiləşdirilməsi şöbəsi – Təcrübəçi” şəklində göstərilməsi xahiş olunur. Nəzərinizə çatdırmaq istərdik ki, müsahibələrə yalnız göstərilən kriteriyalara cavab verən şəxslər cəlb ediləcək.

Oxşar vakansiya siyahısı:

600 — 700 ₼
Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi

Embafinans Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Embafinans

15.04.2024 - Bakı

500₼
Mühasib Kassir

CMT Group MMC Muhasib -kassir vəzifəsi üzrə vakansiya elan edir. ...

CMT Group MMC

06.04.2024 - Gəncə

Mühasib

TEZ Logistics MMC şirkəti Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...

TEZ Logistics

27.03.2024 - Bakı

Kreditlərin anderraytinqi şöbəsinin mütəxəssisi / aparıcı mütəxəssisi / baş mütəxəssisi

Expressbank ASC Kreditlərin anderraytinqi şöbəsinin mütəxəssisi / aparıcı mütəxəssisi / baş mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Expressbank ASC

19.03.2024 - Bakı