Korporativ kreditlər üzrə mütəxəssis (Gəncə)
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

AFB Bank Korporativ kreditlər üzrə mütəxəssis (Gəncə) vəzifəsi üzrə vakansiya elan edir.

İş qrafiki: 09:00 – 18:00 (Bazar ertəsi – Cümə)

Nami̇zədə Dai̇r Tələblər:

  • Ali təhsil;
  • Bank və ya bank olmayan kredit təşkilatında 2 il iş təcrübəsi;
  • Bank qanunvericiliyi bilikləri;
  • Azərbaycan dilində sərbəst danışıq bacarığı;
  • Analitik təhlil, ünsiyyət və komandada işləmək bacarığı;
  • MS Office proqramlarında (MS Excel, MS Word) işləmək bacarığı;
  • Məsuliyyətlilik və dəqiqlik.

İşi̇n Təsvi̇ri̇:

  • Bankın kredit məhsullarının təşviqatını aparmaq, onlara dair müştərilərin tələb, təklif və arzularını öyrənərək təhlil etmək və filialın maksimal gəlir əldə etməsi üçün bu barədə müvafiq təkliflərlə çıxış etmək;
  • Bankın kredit məhsullarının satışını təşkil etmək, müştəri cəlbi ilə birbaşa məşğul olmaq və müştərilərlə müvafiq danışıqları aparmaq;
  • Korporativ və KOS (SME) kredit müraciətləri üzrə tələb edilən sənədlərin toplanması, təhlil edilməsi və Kredit Komitəsinə  çıxarılmasını təmin etmək;
  • Mütəmadi olaraq bank bazarını öyrənmək, yeni bank metod və texnologiyalarının tətbiq edilməsi üzrə təkliflər vermək;
  • Formalaşdırılmış kredit portfelinin idarə olunmasında və nəzarət olunmasında birbaşa iştirak etmək;
  • Bankdaxili prosedurlara  uyğun olaraq həm yeni kredit müraciətləri üzrə, həm də verilmiş kreditlər  üzrə kameral və səyyar monitorinqləri həyata keçirmək;
  • Bankdaxili prosedurlara uyğun olaraq problemli kreditlərin idarə olunmasını və ödənilməsini təşkil etmək;
  • Fəaliyyəti ilə bağlı müxtəlif hesabatlar hazırlamaq.

Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Korporativ kreditlər üzrə mütəxəssis qeydi edərək elektron ünvanına göndərməyini xahiş edirik.

Oxşar vakansiya siyahısı:

600 — 800 ₼
Mühasib köməkçisi

“Az Protein Foods Group” MMC  Mühasib köməkçisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Azprotein Foods Group

24.04.2024 - Bakı

Maliyyə meneceri

AZDIZAYN GROUP Maliyyə meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...

AZ Dizayn Group

23.04.2024 - Bakı

600 — 700 ₼
Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi

Embafinans Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Embafinans

15.04.2024 - Bakı

500₼
Mühasib Kassir

CMT Group MMC Muhasib -kassir vəzifəsi üzrə vakansiya elan edir. ...

CMT Group MMC

06.04.2024 - Gəncə

Mühasib

TEZ Logistics MMC şirkəti Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...

TEZ Logistics

27.03.2024 - Bakı