Korporativ kommunikasiyalar üzrə mütəxəssis
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

“AzInTelecom” MMC Korporativ kommunikasiyalar üzrə mütəxəssis vakansiyasını elan edir.

Şirkət haqqında:

Rəqəmsal dünyada keyfiyyətə üstünlük verənlərə təhlükəsiz, etibarlı və uyğunlaşa bilən data xidmətləri təqdim etməyi özünə hədəf seçən “AzInTelecom” MMC şirkəti 2015-ci ilin iyun ayından Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində fəaliyyət göstərir. AzInTelecom” MMC-nin fəaliyyət istiqamətləri Azərbaycan və xarici ölkələr arasında mübadilə olunan beynəlxalq səs trafiki, Azərbaycana idxal olunan telekommunikasiya vasitələrinin sertifikatlaşdırılması və ISO 20000, ISO 22301, ISO 27001  və Uptime Institute tərəfindən TIER III sertifikatları ilə təltif olunan 24/7 rejimində texniki dəstək göstərən yeni yaradılmış “AZCLOUD” bulud xidmətlərindən ibarətdir.

Şöbə: Kommersiya departamenti, Korporativ kommunikasiyalar şöbəsi, Marketinq kommunikasiyaları sektoru

Vəzifə öhdəlikləri:

  • Xarici kommunikasiyalar üzrə kontentin hazırlanması (press relizlər, veb sayt kontenti, sosial şəbəkələr üçün mətnlər, korporativ yazılar, məktublar, çıxışlar, mətnlər, müzakirə mövzuları, nəşrlər/jurnal), redaktə edilməsi və müntəzəm olaraq yenilənməsi
  • KİV-lə əməkdaşlıq yaratmaq, müsbət ünsiyyətin saxlanmasını təmin etmək
  • Şirkətin adının çəkildiyi bütün mümkün kommunikasiya kanallarının gündəlik monitorinqi
  • Bütün məlumat daşıyıcılarında şirkətlə bağlı məlumatların düzgünlüyünün yoxlanılması

Tələb olunan bilik və bacarıqlar:

  • Mükəmməl yazı və redaktə bacarıqları
  • Güclü araşdırma, təhlil və müsahibə bacarıqları
  • Mükəmməl şəxsi keyfiyyətlər və rəhbərliyin bütün səviyyələri ilə işləmək bacarığı
  • Tək və komandada işləmək bacarığı
  • Kreativ olmaq
  • Microsoft Office proqramlarında (Word, Excel and PowerPoint) işləmə bacarığı

Müəyyən sahələrdə peşəkarliq (dərəcələri):

  • Sosial media
  • Vebsəhifənin kontentini idarə etmə

Təhsili:

Filoloqiya / Jurnalistika/İctimaiyyətlə əlaqələr / Kommunikasiyalar sahəsi üzrə bakalavr dərəcəsi

Dil bilikləri:

Azərbaycan və ingilis dillərini mükəmməl bilməli (rus dilini bilənlərə üstünlük verilir.)

İş təcrübəsi

İctimaiyyətlə əlaqələr və korporativ kommunikasiyalar sahəsi üzrə ən azı 1 il təcrübə

İş qrafiki:

09:00-18:00; (Bazar ertəsi – Cümə)

CV-lərinizi mövzu sətrində vakansiyanın adını qeyd edərək, hr-department@azintelecom.az elektron poçt ünvanına göndərməyinizi xahiş edirik.

Oxşar vakansiya siyahısı:

Kopirayter

Kontakt Home Kopirayter vəzifəsi üzrə vakansiya elan edir. Sürətlə yazma bacarığı olmalıdır. ...

Kontakt Home

27.03.2024 - Bakı

Kopirayter

Kontakt Home Kopirayter vəzifəsi üzrə vakansiya elan edir. Sürətlə yazma bacarığı olmalıdır. ...

Kontakt Home

18.03.2024 - Bakı