Qısa məzmun
Ə/h razılaşma yolu ilə. PASHA Bank Korporativ Katiblik şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. İngilis, Rus dilləri tələb olunur.
Əsas vəzifə öhdəlikləri:
- Bankın yerli və beynəlxalq korporativ idarəetmə standartlarına uyğun fəaliyyətinin təmin edilməsi və korporativ idarəetmə strategiyasının icra edilməsi
- Bankın nəzarət, idarəetmə orqanlarının və digər kollegial qurumlarının (komitə, komissiya) iclaslarının müvafiq reqlamentə uyğun təşkil edilməsini, iclas məlumatlarının, sənədlərinin və hesabatlarının qəbul, konsolidasiya və hazır edilməsi
- Bankın nəzarət, idarəetmə orqanlarının və digər kollegial qurumları ilə bağlı hesabatlarının mütəmadi hazırlanması və müvafiq orqana məruzə edilməsi
- Katibi olduğu komitələrin qərarlarının çıxarışlarının verilmiş qərara uyğun imzalanması və icraya yönəldilməsi
- İdarə Heyətinin və komitələrin iclaslarına təqdim olunmuş məsələlərin lazımi tələblərə və limitlərə cavab verməsinə nəzarət edilməsi və müvafiq tələblərə cavab verməyən sənədləri geri qaytarmaq üzrə qərar verilməsi
- İdarə heyətinin və komitə iclaslarda qəbul edilmiş qərarlara müvafiq tədbirlərin həyəta keçirilməsinə nəzarəti və nəticələr haqqında məlumatların müvafiq qurumlara vaxtında təqdim olunması
- Bank nəzarət orqanları ilə rəsmi əlaqə kanallarının qurulması, müraciət və sorğuların koordinasiya edilməsi və vaxtı-vaxtında cavablandırılmasınıntəmin edilməsi
Tələb olunan bilik, bacarıq və təcrübə:
- Təhsil: bakalavr dərəcəsi
- Tələb olunan iş təcrübəsi: 1-3 il
- Xarici dillər: İngilis, Rus
- Kompüter bilikləri: Microsoft Office
- Məhsul üzrə biliklər: Kredit, sənədli əməliyyat, faktorinq
Vəzifə tələblərinə cavab verən namizədlərdən rəsmi müraciətlərini 22.02.2020-ci il tarixinədək recruitment@pashabank.az elektron ünvanına email-in mövzu hissəsində “Korporativ Katiblik şöbəsinin mütəxəssisi” yazaraq göndərmələri xahiş olunur. Nəzərinizə çatdırırıq ki, yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.
Oxşar vakansiya siyahısı:
Komplayns Şöbəsi üzrə Kiçik Mütəxəssis (müvəqqəti)
PASHA Bank Komplayns Şöbəsi üzrə Kiçik Mütəxəssis (müvəqqəti) Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Mühasib
Mətanət A şirkəti Mühasib vəzifəsi üzrə vakansiyasını elan edir ...