Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Sumgait Technologies Park LLC Korporativ katib vəzifəsi üzrə vakansiya elan edir.
Tələblər:
- Ali təhsil (Humanitar sahələrdə ali təhsil arzuolunandır);
- Müvafiq sahədə min 1 il iş təcrübəsi;
- Azərbaycan və rus dillərində səlis danışıq və yazı qabiliyyəti, ingilis dili arzuolunandır;
- Məsuliyyətlilik və dəqiqlilik;
- Yüksək səviyyədə planlaşdırma və təşkil etmə qabiliyyəti;
- Ofis proqramlarında işləmək bacarığı;
Hansı işləri görəcəksiniz:
- Şirkətin Müşahidə Şurası, Komitələr və idarəetmə orqanlarının dövri görüşlərinin təşkil edilməsi;
- İdarəetmə orqanlarının iclaslarının gündəliyinin razılaşdırılması və iştirakçılara kommunikasiya edilməsi;
- İdarəetmə orqanlarının iclaslarının protokollarının tərtib edilməsi, iştirakçılar və məsul vəzifəli şəxslərlə razılaşdırması və təsdiqlənməsi işinin təşkili;
- Müşahidə Şurası, Komitələr və digər İdarəetmə organlarının iclaslarında verilən qərarların icra statuslarının daim aktual saxlanması, müvafiq hesabatların hazırlanaraq adiyyəti şəxslər arasında kommunikasiya / koordinasiya edilməsi;
- Şirkətdə Korporativ idarəetmə qaydalarının tətbiqi üzrə təşkilati işlərin görülməsi, rəsmiləşdirmə işlərinə dəstək verilməsi;
- Müşahidə Şurası və onun üzvlərinə aidiyyəti olan sənədlərin dövriyyəsinə dəstək olmaq;
- Protokol tələblərinə uyğun olaraq Müşahidə Şurasının və digər Biznes səfərlərdə qonaqların şirkətə rəsmi səfərlərinin hazırlanması və idarə edilməsinə dəstək göstərmək;
- Müşahidə Şurası tərəfindən səlahiyyətlərinə aid olan digər tapşırıq və funksiyaları həyata keçirmək.
Nə əldə edəcəksiniz?
- Regionun ən böyük sənaye Şirkətlər qrupunda işləmək imkanı;
- Təlim və inkişaf məsələlərində şirkətin tam dəstəyi;
- Fərqli bizneslərin idarə edilməsi ilə bağlı idarəetmə orqanlarının işinin öyrənilməsi.
Əlavə məlumatlar:
- Əmək haqqı şirkət daxili mövcud dərəcələndirmə sistemi çərçivəsində təyin edilir;
- Şirkət tərəfindən naharla və nəqliyyatla (servis) təmin edilmə;
- İş vaxtı: Bazar ertəsi – Cümə, 09:00 – 18:00;
- İş yeri Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşir.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Korporativ katib” yazaraq 03.04.2022- ci il tarixinədək ünvanına göndərilməsi xahiş olunur.