Korporativ Hüquqşünasv
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

W&E Forward International Transport Korporativ Hüquqşünas vəzifəsi üzrə vakansiya elan edir.

İş barədə məlumat:

  • Tərəfdaşlıq edilən şirkətlərdən daxil olan müqavilələrə hüquqi rəy vermək,bütün növ müqavilə nümunələrini, o cümlədən müvafiq hüquqi sənəd nümunələrini hazırlamaq;
  • Təqdim olunan müqavilələrin, o cümlədən beynəlxalq müqavilələrin və sazişlərin hüquqi ekspertizasını keçirmək,digər hüquqi sənəd layihələrinə dair rəy vermək; 
  • Korporativ hüquqi layihələrin hazırlanmasında iştirak etmək;
  • Şirkətin fəaliyyəti ilə əlaqədar hüquqi təminatını həyata keçirmək, normativ sənəd bazasını yaratmaq və onun yenilənməsini təmin etmək;
  • Notariusda tələb olunan hüquqi sənədlərin, sənədlərin surətlərinin və digər aktların təsdiqini həyata keçirmək;
  • Şirkətdaxili normativ hüquqi sənədlərin (Nizamnamə və Əsasnamələrin, Qaydaların, Təlimatların,Protokolların,Aktların, Proseslərin və digər daxili normativ sənədlərin) hazırlanmasında iştirak etmək;
  • Dövlət Miqrasiya Xidmətinə aid əməliyyatları və bu əməliyyatdan yaranan bütün işləri icra etmək;
  • Şirkətin struktur bölmələrinə hüquqi yardım etmək, onlardan daxil olmuş hüquqi sorğulara rəy və izahatlar vermək;

Namizəd üçün tələblər:

  • Ali hüquqi təhsil;
  • 2 il iş təcrübəsi (kommersiya fəaliyyətinin hüquqi təminatı sahəsində);
  •  Azərbaycan Respublikasının Mülki, Əmək, Vergi,Nəqliyyat Qanunvericiliyi ilə işləmə bacarığı;
  • Əla səviyyədə Azərbaycan dili biliyi (Rus dili və İngilis dili arzuolunandır);
  • Analitik təhlil etmə və problem həll etmə qabiliyyəti;
  • Yüksək yazılı və şifahi ünsiyyətqurma qabiliyəti;
  • Məsuliyyətli, detallara qarşı diqqətli və operativ olmalı.
  • Qeyd: Logistika, xidmət və beynəlxalq yükdaşıma şirkətlərində iş təcrübəsinin olması arzuolunandır.Əmək Şəraiti:
  • AR-nın ƏM – nə uyğun sənədləşmə;
  • İş Rejimi: Həftənin 5 günü;
  • İş saatı: 09:00-dan 18:00-dək; nahar fasiləsi 13:00-dan 14:00-dək.
  • Ünvan: Bakı şəhəri,Yasamal rayonu,Globus Plaza
  • Əmək haqqı: razılaşma yolu ilə.
  • Son müraciət tarixi: 30.07.2022

Yalnız qeyd olunan tələblərə cavab verən namizədlər CV formalarını mövzu hissəsində “Korporativ Hüquqşünas” qeyd etməklə hr@we-forward.com elektron ünvanına göndərə bilərlər.

Oxşar vakansiya siyahısı:

600 — 700 ₼
Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi

Embafinans Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Embafinans

15.04.2024 - Bakı