Korporativ-hüquqşünas
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Small Medium Enterprises şirkəti Korporativ-hüquqşünas vəzifəsi üzrə vakansiya elan edir.

İş barədə məlumat:

  • Bütün növ müqavilə formalarını hazırlamaq və müqavilələrin hüquqi ekspertizasını həyata keçirmək;
  • Bütün əqdlərin, o cümlədən beynəlxalq müqavilələrin və sazişlərin hüquqi ekspertizasını həyata keçirərək rəy vermək;
  • İstənilən təşkilati-hüquqi formada hüquqi şəxslərin yaradılması;
  • Xarici şirkətlərin Azərbaycan Respublikasında Filial və Nümayəndəliklərinin yaradılması;
  • Hüquqi şəxslərin təsis sənədlərində dəyişikliklər edilməsi və qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi barədə məlumatların dövlət qeydiyyatına alınması: (Hüquqi ünvan dəyişikliyi, təsisçi dəyişikliyi, direktor dəyişikliyi, nizamnamə kapitalının artırılması və ya azaldılması, ad dəyişikliyi, nizamnaməyə-əsasnaməyə edilən hər hansı digər dəyişikliklərin qeydə alınması);
  • Hüquqi şəxslərin, xarici hüquqi şəxslərin Azərbaycan Respublikasında Filial və Nümayəndəliklərinin ləğv edilməsi, ləğvi prosesinin aparılması və reyestrdən çıxarılması;
  • Hüquqi şəxsin yenidən təşkilin (ayrılma, bölünmə və s) qeydiyyatı;
  • Azərbaycan Respublikasında sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı lisenziya və icazələrin alınması üçün tələb olunan sənədlərin hazırlanması, toplanılması və müvafiq qurumlara müraciət edilməsi
  • Əmtəə nişanları və coğrafi göstəricilərin qeydiyyata alınması
  • Qiymətli kağızların buraxılmasının, yerləşdirilməsinin müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyata alınması;
  • Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşaması ilə bağlı icazələrin və iş icazələrin alınması;
  • Bütün struktur bölmələrə, o cümlədən filiallara hüquqi yardım etmək, onlardan daxil olmuş sorğulara rəy və izahatlar vermək;
  • Təşkilat daxilində qanunvericiliyin və korporativ aktların göstərişlərinə düzgün tətbiq edilməsinə nəzarətdə iştirak etmək;
  • Şirkətin maraqlarını müxtəlif müəssisə və təşkilatlarda, o cümlədən dövlət orqanlarında müdafiə etmək;
  • İkiqat vergitutmanın aradan qaldırılması ilə bağlı DTA formalarının alınması;
  • Dövlət orqanları və ictimai təşkilatlarla yazışmalar aparmaq;
  • Hüquqi məsələlərlə bağlı məktub, ərizə və şikayətlərə müvafiq qaydada və müəyyən olunmuş vaxt ərzində cavabların hazırlanması işinə nəzarət edilməsi;
  • Korporativ hüquqi layihələrin hazırlanmasına dair təkliflər vermək və prosesdə iştirak etmək;
  • Keçirilmiş yoxlamaların nəticələrinə dair materiallara baxmaq, qanunvericiliyin pozulmasına səbəb olan və ola biləcək halların aradan qaldırılması haqqında təkliflər vermək;

 Namizədə tələblər:

  • Təhsili/ixtisası: Hüquq üzrə ali təhsil
  • Cins: Qadın
  • Dil bilikləri: Azərbaycan dili – mükəmməl, rus və ingilis dili – əla
  • Kompüter bilikləri: MS Office (Excel, Word) proqramlarından sərbəst istifadə edə bilmə bacarığı
  • Fərdi keyfiyyət tələbləri: Yeni bilik və bacarıqlara yiyələnməyə həvəsli və axtarış aparmaq qabiliyyətinə malik olmalı; Müvafiq sahə üzrə yüksək motivasiya ilə yanaşma; Detallara qarşı diqqətli və operativ; Yüksək ünsiyyət qurma və komandada işləmək bacarığı.

İş şəraiti:

  • Əmək haqqı: 500 azn (Net), əmək haqqı artandır.
  • İş qrafiki : Tam iş günü (5 gün)
  • Karyera yüksəlişi imkanı.

Ünvan: Yasamal ray., Akim Abbasov 1C, 15B.

Müvafiq tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi elektron ünvanına göndərməyiniz və “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın “Korporativ-hüquqşünas adını qeyd etməyiniz xahiş olunur. Yalnız vakansiya tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.

Oxşar vakansiya siyahısı:

600 — 700 ₼
Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi

Embafinans Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Embafinans

15.04.2024 - Bakı