Korporativ hüquq şöbəsinin Hüquqşünası
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Unibank Kommersiya Bankı Korporativ hüquq şöbəsinin Hüquqşünası vəzifəsi üzrə vakansiya elan edir.

Link: https://qlor.me/leh1dw3f

Təsvir

  • Bank fəaliyyətinin müxtəlif istiqamətləri üzrə müqavilələrin, təsərrüfat müqavilələrinin hazırlanması, bankın kontragentləri tərəfindən təqdim edilmiş müqavilə layihələrinə bankın hüquq və mənafelərinə uyğunluq, qüvvədə olan qanunvericiliyin tələblərinə riayət olunması baxımından zəruri olan əlavə və dəyişikliklərin edilməsi;
  • Bankın rəhbərliyi tərəfindən verilmiş tapşırıqlara müvafiq olaraq bankdaxili normativ sənədlərin layihələrinin hazırlanması, bankın digər struktur bölmələrinə bankdaxili normativ və digər sənədlərin hazırlanmasında yardım edilməsi, həmin sənədlərə dair hüquqi rəylərin verilməsi;
  • Struktur bölmələrin iş fəaliyyətində ortaya çıxan hüquqi məsələlərin qanunvericilik çərçivəsində həll edilməsi;
  • Dövlət orqanlarına ünvanlanan məktubların layihələrinin hazırlanması;
  • Bank tərəfindən hazırlanan yeni məhsullara hüquqi dəstək göstərilməsi;
  • Rəhbər tərəfindən verilən digər tapşırıqları yerinə yetirilməsi.

Tələblər

  • Hüquq sahəsində ali magistr təhsilinin olması;
  • Müvafiq sahədə ən azı 1 il iş təcrübəsi (Bank sahəsi arzuolunandır);
  • Azərbaycan Respublikasının qanunvericilik və normativ-hüquqi aktlarını bilməsi;
  • Azərbaycan Respublikasının mülki, bank və əmək qanunvericiliyini bilməsi;
  • Mülki-hüquqi əqdlərin tərtib edilməsi sahəsində təcrübəsinin olması, onların bağlanması və rəsmiləşdirilməsi qaydasını bilməsi;
  • Hüquqi sənədlərin sistemləşdirilməsi, aparılması və uçotu qaydalarını bilməsi;
  • Azərbaycan və ingilis dilini yüksək səviyyədə bilmək;
  • Yüksək qavrama və öyrənmə qabiliyyəti;
  • İşə yaradıcı yanaşmaq, yeni ideyalara malik olmaq və yeni ideyaları stimullaşdıra bilmək bacarığı;
  • İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti;
  • Stress altında işləmə bacarığı;
  • Kompyuter bilikləri.

Oxşar vakansiya siyahısı:

600 — 700 ₼
Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi

Embafinans Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Embafinans

15.04.2024 - Bakı