Korporativ Hüquq, Tənzimləmə və Uyğunluq Şöbə Müdiri
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Veysəloğlu MMC şirkəti Korporativ Hüquq Tənzimləmə və Uyğunluq Şöbə Müdiri vəzifəsi üzrə vakansiya elan edir.

Vəzifə öhdəlikləri:

  • Hüquq şöbələrinin işinin effektivliyini artırmaq üçün sistemin qurulmasında iştirak etmək;
  • Hüquq şöbələrinin iş standartlarını işləyib hazırlamaq;
  • Proseslərin avtomatlaşdırılması, rəqəmsallaşdırılması və sadələşdirilməsi üçün tədqiqatlar aparmaq;
  • Təyin olunmuş strateji məqsədlərə nail olunmasını qiymətləndirmək;
  • Mühüm əhəmiyyət kəsb edən layihələrlə bağlı operativ idarəçiliyi həyata keçirmək;
  • Zəruri hallarda Şirkətin maraqlarını məhkəmələrdə və digər qurumlarda təmsil etmək;
  • Müvafiq əsasnamələri, reqlamentləri, təlimatları və sənədləri işləyib hazırlamaq;
  • Hüquqi audit aparmaq və nəticələrinə dair hesabatlar hazırlamaq, aşkar edilmiş uyğunsuzluqları aradan qaldırılması istiqamətində addımlar atmaq;

Tələblər:

  • Müvafiq sahə üzrə ali təhsil;
  • Müvafiq sahə üzrə minimum 5 il iş təcrübəsi;
  • Yüksək səviyyədə Azərbaycan və ingilis dili biliyi;
  • Yüksək idarəetmə, çevik qərarvermə və təşkilatçılıq bacarığı.

Karyerasını bizimlə davam etmək istəyən namizədlər mövzu hissəsində “Korporativ Hüquq, Tənzimləmə və Uyğunluq Şöbə Müdiri” yazmaqla, öz CV-lərini göndərə bilərlər.

Mənbə: JobSearch.az

Oxşar vakansiya siyahısı:

600 — 700 ₼
Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi

Embafinans Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Embafinans

15.04.2024 - Bakı