Korporativ hüquq şöbəsinin hüquqşünası.
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Muğanbank ASC Korporativ hüquq şöbəsinin hüquqşünası vəzifəsi üzrə vakansiya elan edir.

İş barədə məlumat:

  • Bankın fəaliyyətini tənzimləyən bütün növ qərarların, əmr və sərəncamların, bankdaxili əsasnamə, prosedur, qayda və təlimatların hazırlanması və onlara hüquqi rəy verilməsi
  • Müvafiq Akt və Protokolları hazırlamaq
  • Müxtəlif müqavilə formalarını hazırlamaq və müqavilələrin hüquqi ekspertizasını həyata keçirmək, o cümlədən beynəlxalq müqavilələrin və sazişlərin hüquqi ekspertizasını həyata keçirərək rəy vermək
  • Bütün struktur bölmələrə, o cümlədən filiallara hüquqi yardım etmək, onlardan daxil olmuş sorğulara rəy və izahatlar vermək
  • Hüquqi məsələlərlə bağlı məktub, ərizə və şikayətlərə müvafiq qaydada və müəyyən olunmuş vaxt ərzində cavabların hazırlanması işinə nəzarətin edilməsi
  • Nizamnamə və idarəetmə orqanlarının əsasnamələrinin, bu sənədlərə əlavə və dəyişikliklərin hazırlanmasını həyata kecirmək, onların müvafiq dövlət orqanlarında qeydiyyata alınmasını təmin etmək
  • Keçirilmiş yoxlamaların nəticələrinə dair materiallara baxmaq, qanunvericiliyin pozulmasına səbəb olan və ola biləcək halların aradan qaldırılması haqqında təkliflər vermək
  • Bankın rəhbərliyi tərəfindən verilmiş tapşırıqlara müvafiq olaraq bankdaxili normativ sənədlərin hazırlanması
  • Qanunvericilikdə edilmiş əlavə və dəyişiklilərə uyğun olaraq bankdaxili normativ sənədlərdə düzəlişlərin və əlavələrin edilməsini təmin edilməsi
  • İş vaxtı – Həftə içi – 09:00-dan 18.00-dək

Namizədə tələblər:

  • Ali hüquqi təhsil
  • Azərbaycan Respublikasının qanunvericilik aktlarını, eləcə də Bank fəaliyyətini tənzimləyən təlimat və qaydaları bilməli
  • Ən azı 3 il bankda korporativ hüquq sahəsində iş təcrübəsi
  • Hüquqi sənədlərin sistemləşdirilməsi, aparılması və uçotu qaydalarını bilməli
  • Analitik düşüncə və qərarvermə qabiliyyəti-
  • Yüksək ünsiyyət və davranış keyfiyyətlərinə malik olmalı
  • İşgüzar və məsuliyyətli olmalı
  • Microsoft Office proqramlarında sərbəst işləmək bacarığı olmalı

Oxşar vakansiya siyahısı:

600 — 700 ₼
Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi

Embafinans Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Embafinans

15.04.2024 - Bakı