Korporativ CRM şöbəsinə sistem analitiki
vakansiya — 2025

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. Azərbaycan Beynəlxalq Bank Korporativ CRM şöbəsinə sistem analitiki vəzifəsi üzrə vakansiya elan edir.

Azərbaycan Beynəlxalq Bankı Əməliyyat məhsulları və ticarətin maliyyələşdirilməsi departamentinin Korporativ CRM şöbəsinə sistem analitiki vakansiyası elan edir.

Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə Azərbaycan Beynəlxalq Bankı komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.

Azərbaycan Beynəlxalq Bankının komandasına qoşulun və bu üstünlüklərdən Siz də faydalanın:

  • Cənubi Qafqazın ən böyük bankında işləmək imkanı;
  • Beynəlxalq standartları yerli bazara gətirən qurumda potensialı reallaşdırmaq şansı;
  • Rəqəmsal həllərin, innovasiyaların tətbiqi sahəsində bazar liderinin əməkdaşı olmaq fürsəti;
  • Gənc və peşəkar kollektivdə çalışmağın üstünlüyü;
  • Yüksək komanda ruhunda əməkdaşlıq;
  • Karyera irəliləyişlərində hamıya yaradılan bərabər imkanlar;
  • Bankda həyata keçirilən transformasiya prosesində zəngin təcrübənin qazanılması;
  • Əməkdaşların yeni trendlərə uyğun təşkil olunan daxili və xarici təlimlərdə iştirak;
  • Əməkdaşların beynəlxalq sertifikatlar əldə etməsi üçün həvəsləndirmə proqramı;
  • Bankdaxili aktiv sosial həyat

Görəcəyiniz işlər:

  • CRM sistemində sistem dəyişikliklərin və əlavələrin aparılması;
  • CRM sistemi üzrə istifadiçilərə təlimlərin və müvafiq dəstəyin göstərilməsi;
  • CRM sistemində yaranan uyğunsuzluqların inteqratorla araşdırılması və aradan qaldırılması;
  • CRM sistemində yeni imkanların araşdırılması və onların tədbiq olunması;
  • SQL proqramı vasitəsi ilə məlumatların toplanılması.

Bizim üçün ideal namizəd:

  • JAVA proqramçı kimi minimum bir il iş təcrübəsinə sahib;
  • Ali təhsilli;
  • Java, SQL, üzrə dərin biliklərə sahib;
  • Rus və ingilis dili biliyi olan;
  • Analitik düşünmə qabiliyyətinə malik;
  • Komandada işləmək bacarığına sahib.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini cv@ibar.az elektron ünvanına göndərə bilərlər.
Məktubun mövzu hissəsində müraciət edilən şəhər və vəzifə adının “Korporativ CRM şöbəsinə sistem analitiki” şəklində göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətə baxılmaya bilər.
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.

Əlavə məlumat üçün: www.ibar.az

Oxşar vakansiya siyahısı:

İT Texnik

Inci Group of Companies LLC İT Texnik vəzifəsi üzrə vakansiya elan edir. ...

İnci Group of Companies

25.08.2025 - Bakı

İT Biznes Analitik

Honey Bee Development Capital (HBDC) Texnologiya və İnnovasiya şöbəsinə “İT Biznes Analitik – Responsible Finance Platforması” vəzifəsi üzrə vakansiya e ...

Honey Bee Development Capital

19.08.2025 - Bakı

Data Analitik

AS Group Data Analitik vəzifəsi üzrə vakansiya elan edir. ...

AS Group

13.08.2025 - Bakı

İT üzrə Biznes Analitik

PROSYS LLC İT üzrə Biznes Analitik vəzifəsi üzrə vakansiya elan edir. ...

Prosys LLC

11.08.2025 - Bakı

400₼
Mobil Tətbiq üzrə Məhsul Təcrübəçi

Apar şirkəti Mobil Tətbiq üzrə Məhsul Təcrübəçi vəzifəsi üzrə vakansiya elan edir. ...

Apar şirkəti

11.08.2025 - Bakı

2000 — 2500 ₼
Biznes analitik

Aznet Technologies QSC Telekommunikasiya şirkətinə Biznes analitik tələb olunur. ...

Aznet Technologies

06.08.2025 - Bakı

1200₼
Şəbəkə inzibatçısı

Aznet Technologies QSC Şəbəkə inzibatçısı vəzifəsi üzrə vakansiya elan edir. ...

Aznet Technologies

06.08.2025 - Bakı