Kopirayter
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Impler Agency Kopirayter vəzifəsi üzrə vakansiya elan edir.

Impler – Digital kommunikasiya agentliyi olaraq “Kopirayter” vakansiyası elan edirik. Axtardığımız şəxs yazılı və təsviri düşünməli, müxtəlif reklam daşıyıcılarında insanlara düzgün mesajın necə verilməli olduğunu aydın təsəvvür etməlidir. Qısaca desək, reklam mətnlərinin, ideyalarının və konsepsiyalarının hazırlanması üzrə komandamızdakı boşluğu doldurmağın məsuliyyətini üzərinə almalıdır.

Qeyd edək ki, Impler Digital Kommunikasiya Agentliyi 2012-ci ildən həm yerli, həm də xarici şirkətlərə sosial media və dijital marketinq xidmətləri göstərir.

Vəzifə öhdəlikləri:

  • Sosial Media üçün kreativ post ideyaları vermək, postlar üçün yazılar hazırlamaq;
  • Sosial Media üçün yaradıcı kampaniya təkliflərini təqdim etmək;
  • Sosial Media üçün kontent yaratmaq;
  • Kampaniyalar üçün sloqanlar düşünmək;
  • Video icmallar, video izahlar üçün ssenarilər hazırlamaq;
  • Ehtiyac olduğu halda bütün növ reklam, PR kopirayt işləri.

Axtardığımız namizədin portreti:

  • Bu şəxs ilk olaraq reklam industriyasının aşiqi olmalıdır. O, müxtəlif reklam daşıyıcılarında insanlara düzgün mesajın necə verilməli olduğunu aydın təsəvvür etməlidir. Təkcə sözlü yox, təsvirli düşünməyi də bacarmalı, bu bacarığı inkişaf etdirməlidir. İşində kreativ yanaşma sərgiləmək üçün fərqli baxış bucağına malik olması şərtdir. Bunun üçün araşdırmaqdan yorulmayan, yaradıcılıq potensialını davamlı inkişaf etdirən biri olmalıdır. İdeal reklam işinin həm də komanda məhsulu olduğunu başa düşməlidir.

Tələbər:

  • Mükəmməl Azərbaycan dili. Mükəmməl!
  • Ən azı bir xarici dili (rus və ya ingilis) sərbəst şəkildə bilmək lazımdır.
  • Reklam və ya sosial media agentliyində ən azı 1 illik iş təcrübəsi üstünlükdür;
  • Yaş və cinslə bağlı heç bir məhdudiyyət yoxdur.

Biz vəd edirik:

  • 600-1000 maaş (təcrübəsinə uyğun təyin olunacaq);
  • Maaşdan əlavə 50% həcmində 13-cü maaş bonus;
  • Şəhərin mərkəzində yerləşən ofis;
  • Pozitiv, ünsiyyətcil komanda və peşəkar iş mühiti;
  • İşləmək üçün rahat Macbook Air noutbuku;
  • Qlobal və aparıcı yerli brendlərlə müxtəlif layihələrdə öz potensialını reallaşdırmaq imkanları.

Müraciət üçün CV və Portfolionu cv@impler.com ünvanına göndərə bilərsiniz.

Məktubun başlığı: Elə başlıq olsun ki, sizi fərqləndirsin. Portfoliosuz və standart başlıqlı məktublara baxılmayacaq.

Oxşar vakansiya siyahısı:

Kopirayter

Kontakt Home Kopirayter vəzifəsi üzrə vakansiya elan edir. Sürətlə yazma bacarığı olmalıdır. ...

Kontakt Home

27.03.2024 - Bakı